Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bu, müharibəyə gətirib çıxaracaq...“ - Paşinyan

Tarix 19.03.24, 13:12

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri hesab edir ki, İrəvan sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini Bakı ilə müzakirə etməkdən imtina edərsə, bu, müharibəyə gətirib çıxaracaq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Tavuş bölgəsinə səfəri zamanı sakinlərlə görüşdə danışıb.

Paşinyan Tavuş sakinlərinin ona ünvanladığı suallara cavab olaraq bildirib ki, İrəvandan Bakıya etiraz edilməsinin fəsadları ağır ola bilər: “Mən indi ayağa qalxıb zalı tərk edə bilərəm və deyərəm ki, delimitasiya ilə demarkasiya olmayacaq. Lakin bu o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bilirəm ki, bu həftənin sonunda olacaq. Müharibə baş versə, nə ilə nəticələnəcəyini də bilirəm. Və sonra biz Respublika meydanında qarşılaşanda siz mənə deyəcəksiniz ki, yaxşı, deyək ki, biz sadə kəndlilərik, məlumatımız yox idi, amma siz axı hər şeyi bilirdiniz”, - deyə Ermənistan hökumətinin başçısı əlavə edib.





Xəbərin oxunma sayı : 853




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap