Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO

Tarix 25.04.24, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtda yeni parklar salınacaq. Bir neçə istiqamət üzrə istirahət zonaları yaradılacaq. Layihənin icrasında əsas məqsədlərdən biri paytaxt sakinləri və turistlər üçün əlverişli məkanların sayının çoxaldılmasıdır. Parklara müxtəlif növ ağaclar, gül və kol bitkiləri ilə yanaşı müasir işıqlandırma sistemlərinin quraşdırılması da planlaşdırılır.

Memar Aysel Hüseynova deyir ki, Bakıda yerlərdə yaşıllıq ərazilərin yaradılmasına ehtiyac var.

Onun sözlərinə görə, bu yolla istifadəsiz qalan torplaqlardan faydalanmaq olar.

Baş plana əsasən sənədin icra mərhələləri çərçivəsində Dənizkənarı Milli Parkın Zığ istiqamətində uzadılması, 28 may və Lökbatan ərazisində Hibrid Dəhlizlər daxilində yaşıllıqların salınması, Böyükşor gölü ətrafında Meşə parkın, Xocasən ərazisində mühafizə olunan təbiət parkının, Bülbülə və Zığ göllərinin təmizlənərək rekreasiya zonalarının yaradılması planlaşdırılır.

Memar bildirib ki, yeni 6 parkın salınması Bakıda turizmin inkişafına da töhfə verəcək.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap