“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Bunu qorxmadan və açıq etməliyik“ - Təhsil naziri

Tarix 21.06.22, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


“Tədris planının niyə dəyişməməsi ilə bağlı sualın cavabını kənarda deyil, təhsil işçiləri arasında axtarmaq lazımdır. Ola bilər ki, köhnə tədris planı ilə işləmək asandır. Amma biz asan yox, uşaqlara faydası olan işlərlə məşğul olmalıyıq”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, bu prosesdə müəllimin rolu olduqca vacibdir. Çünki əsl müəllim gələcəkdə uşağa nə lazım olduğunu bilir, özünün rahatlığını kənara qoyaraq uşağın gələcəyini düşünür: “Sinif otağına daxil olaraq şagirdlə ünsiyyət saxlamaq müəllim üçün mümkündür. Məktəb direktoru isə hər gün sinif otağının qapısını açıb yoxlamır, yəqin ki, bundan sonra da yoxlamayacaq. Ona görə də müəllimlik vicdana bağlı olan işdir”.

“Misal olaraq, bir ibtidai sinif müəlliminin 40 illik iş həyatında ünsiyyətdə olduğu şagirdlərin orta sayı təxminən 250-300 nəfər olur. Hər bir müəllim həyatında təqribən 1000-ə yaxın insanın gələcək həyatını dəyişmək iqtidarında olur. Müəllimlik statusunun müzakirəsinə cəmiyyətin ciddi ehtiyacı var. Bunu qorxmadan və açıq etməliyik. Hər zaman bunun tərəfdarıyam ki, müzakirələri emosiyalarsız aparmaq çətindir. Amma bacardığımız qədər emosiyaları kənara qoyub dəyər sözünə söykənməliyik. Məqsəd qətiyyən müəllimləri qınamaq deyil. Təəssüf ki, bəzən haqlı və ya haqsız şəkildə müəllimləri qınaq obyektinə çevirmək halları da var. Müəllim olmaq həm çətin, həm də şərəfli peşədir. Repetitorlar bu gün şagirdin hansısa imtahanda ən yaxşı halda 5-10 bal artıq yığmasına xidmət edir. 9-cu sinfin nəticələri zəif olan şagirdlərə repetitorlar belə kömək edə bilmir. Repetitor yaxşı oxuyan şagirdi daha yaxşı oxumaq üçün hazırlaşdırır”, - E.Əmrullayev əlavə edib



Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap