| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Ədliyyə Nazirliyində kollegiya iclası: nələr müzakirə olunub?
Tarix 29.07.20, 22:12 |
|
Bu gün Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinindən verilən məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan ölkəmizin davamlı və sabit inkişafına xidmət edən mütərəqqi islahatlardan, dünyada tüğyan edən COVİD-19 qlobal pandemiyasına qarşı görülən qəti tədbirlərdən danışıb. Bildirib ki, xalqımız bu bəla ilə mübarizədə sosial həmrəylik nümayiş etdirərək dövlət başçısı və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın insanların sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı qayğılı və həssas münasibətini minnətdarlıqla qarşılayır.
İclasda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş Ermənistanın növbəti hərbi təxribatının ordumuz tərəfindən fədakarlıq və qəhrəmanlıqla dəf edildiyi vurğulanaraq, şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd edilib ki, yüksək vətənpərvərlik nümayiş etdirən on minlərlə gəncin Ali Baş Komandanın çağırışına səs verərək könüllü orduda xidmət etməklə bağlı müraciətləri xalqımızın ölkə Prezidentinin ətrafında sıx səfərbər olmasının əyani təzahürüdür.
Məlumat verilib ki, cari ildə ədliyyə işinin müasirləşdirilməsi, xüsusi karantin rejimində fəaliyyətin təşkili məqsədilə zəruri profilaktik işlər aparılıb, müvafiq normativ sənədlər qəbul edilərək icrası təmin olunub.
Bu dövrdə qanunvericilik sahəsində nazirlik tərəfindən 1.210 normativ hüquqi akt layihəsi hazırlanıb, 1.160-dək akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan və mütəmadi yenilənən milli qanunvericiliyin elektron bazalarına (www.e-qanun.az və www.huquqiaktÂlar.gov.az) 2 minə yaxın sənəd daxil edilib və həmin elektron resurslara 1,34 milyondan çox baş çəkilib.
Əhalinin hüquqi maarifləndirilməsi, xüsusilə pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması ilə bağlı insanların məlumatlandırılması genişləndirilib, nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılıb, mətbuat konfransı, ictimai təqdimatlar keçirilib.
Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılıb, onların müasir İKT tətbiq olunmaqla videoqəbulunun Qaydası müəyyən olunub, 5.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və videoformatda qəbul edilərək qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
Birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.
Vətəndaş məmnunluğunun artırılması məqsədilə nazirlik tərəfindən 30-dan çox elektron xidmətin göstərilməsi fasiləsiz təmin edilib, bu xidmətlərdən istifadə sayı cari ildə 860 minə yaxın olub. Eyni zamanda innovasiyaların tətbiqi genişləndirilərək “Mobil notariatâ€ın funksionallığı artırılıb, o cümlədən bir sıra etibarnamələrin mobil qaydada verilməsi ilə bağlı vətəndaşlara yeni imkanlar yaradılıb.
Qeyd olunub ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.624, mətbu nəşrlərin sayı isə 5.343 təşkil edir.
İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 307 min icra sənədinin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirildiyi bildirilib. Bu sahədə işin səmərəliliyinin artırılması üçün alternativ icra mexanizmlərinin tətbiqi müzakirə olunub.
Diqqətə çatdırılıb ki, indiki pandemiya şəraitində borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin “ASAN ödənişâ€ və “Elektron hökumət†portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırıb.
Cari ildə həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib, o cümlədən azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1.750 şəxsə elektron qolbaq tətbiq edilib.
Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.
Bundan əlavə, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi bildirilib, cari ildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 15.000-dən çox işə baxıldığı, ekspertlər tərəfindən 374.000-dən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-nin həll edildiyi bildirilib.
Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 3.500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Kollegiyada bildirilib ki, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 06.04.2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub. Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.253 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Eyni zamanda penitensiar xidmətin fəaliyyətinin, məhkumların islah-tərbiyə işinin təkmilləşdirilməsi, ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı tədbirlərin davam etdirildiyi, Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından istifadə olunmaqla məhkumlara müxtəlif hüquqi yardım göstərildiyi bildirilərək Kollegiyada məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili haqqında yeni Təlimat layihəsinə baxılmaqla qəbul edilib.
İclasda 2020-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlərə toxunulub, Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolun, habelə ölkəmizin tərəfdar çıxdığı BMT-nin “Uşaq hüquqları haqqında†Konvensiyasının UNİCEF-in hazırladığı yuvenal ədliyyə sahəsindəki öhdəlikləri ehtiva edən “Öhdəlik Bəyannaməsiâ€nin imzalandığı bildirilib.
Eyni zamanda, nazirlik tərəfindən mülki və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya ilə bağlı 8 minə yaxın sorğunun icrası təmin olunub.
Dövlət başçısı tərəfindən elan olunmuş 2020-ci il “Könüllülər ili çərçivəsində bu institutun təşviqi genişləndirilərək 1.000-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib, ədliyyə sahəsində fəaliyyət göstərən könüllülərin təşəbbüsü ilə “Ədliyyə Könüllüləri†İctimai Birliyi təsis olunaraq səmərəli fəaliyyət göstərir.
Cari ilin birinci yarımilində Ədliyyə Akademiyasında, həmçinin karantin rejimi dövründə distant tədrisə üstünlük verilərək 1000-ə yaxın ədliyyə işçisi, hakim və digər hüquqşünaslar müxtəlif təlimlərə cəlb olunub, habelə 170-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Kollegiyada həmçinin, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər qeyd edilib, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında†Fərmanla verilmiş davamlı tapşırıqların icrası müzakirə olunub. Bildirilib ki, “Elektron məhkəmə†və “Elektron icra†informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün Dünya Bankı ilə birgə əməli tədbirlər görülür.
Əhalinin məhkəməyə əlçatanlığının təmin edilməsi məqsədilə mülki xarakterli işlər üzrə məhkəmə prosesinin videokonfrans vasitəsilə həyata keçirilməsi təşkil olunub. Həmçinin, yenicə qəbul olunmuş Cinayət Prosessual qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb, xüsusi karantin rejimi dövründə bu innovasiyanın tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.
İclasda ədliyyə fəaliyyətinin dövlət başçısının qarşıda qoyduğu yüksək tələblər səviyyəsində qurulması üzrə vəzifələr müzakirə edilib, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, şəffaflığın və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi və antikorrupsiya mühitinin yaradılması ilə bağlı və digər konkret göstərişlər verilib.
Sonda Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Xəbərin oxunma sayı : 865
Sosial
Xəbərlər
-
Paytaxtda gecə klubu insanları təngə gətirdi - VİDEO
-
Texasda Demokratlar qalib gəldi - 32 il sonra
-
Qalmaqallı “Şəki Yaylası” qapadıldı - VİDEO
-
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
-
Xətai rayonunda yaşıllıq məhv edilir? - VİDEO
-
Bu yol sabahdan bağlanır - Sürücülərin nəzərinə!
-
Kombi və qızdırıcılara görə sərt qaydalar gəlir - VİDEO
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
-
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb - Paşinyan
-
Maşın almaq istəyənlərin pulunu mənimsədi - Avtosalon əməkdaşına ağır cəza
-
Amnistiya ilə azadlığa çıxmışdı - ətçəkən oğurlayıb yenidən həbsə düşdü
-
“Qızılqaya” restoranı ətrafında qalmaqal böyüyür - VİDEO
-
Həm avtomobillərindən, həm də pullarından oldular - VİDEO
-
ABŞ İsrailə yardımı dayandırır - Trampdan şok qərar
-
Bu şəxslərə hava limanlarının VİP salonlarından istifadə hüququ verildi - Siyahı
-
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
-
Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz - Paşinyan
-
Bu marşrutların hərəkət istiqaməti dəyişir - Xəbərdarlıq
-
Tiktokda qadına gül atan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
-
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs“ elan etdi - SİYAHI
-
Ötən ay metrodan pulsuz istifadə edənlərin sayı - Açıqlandı
-
Hansı ölkədən gələn turistlər Azərbaycanda daha çox pul xərcləyir? - Siyahı
-
AAYDA-nın bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
-
Bəxtiyar Dalinin ittiham olunduğu madələr - o, 3 aya yaxındır ki, həbsdədir...
-
Hərbçilərlə bağlı mühüm qərar: Müddət azaldılır!
-
Məkkə yaxınlığında dron vurulub - Husilər hücum cəhdini təkzib edir
-
Biznesə verilən güzəştli kreditlərlə bağlı sərəncam - Yuxarı həddi müəyyənləşdi
-
Nazirlik 17 nəşriyyatdan 398 min manatlıq kitab alacaq - Son 2 ildə 2 dəfə azalıb
-
Murad Fetiyev Azərbaycana gətirildi - DTX-dən növbəti əməliyyat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Atamın verdiyi qovluqdakı vərəqi görüb güclü stress keçirdim” - Ramiz Mehdiyevin qızı
-
Prezident bu agentliyə sədr təyin etdi:Əsasnamə və struktur təsdiqləndi
-
Nazirlik Əkrəm Həmzəyevdən süni ot örtüyü alır - 278 min manatlıq
-
Restoranı bəyənməyən qadını “Cənnət Baku“da döydü - Məhkəmə qərarı
-
“Azenco” işi üzrə Etibar Pirverdiyevin adı hallandı - 15 minlik gül, 55 minlik məsləhətçi maaşı
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Əcnəbi turistlər Azərbaycanda ən çox taksilərdən narazı qalıblar - Siyahı
-
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
-
Kozinoğlunun ölümü ilə bağlı detallar ortaya çıxdı - Bədənində ölümcül maddə aşkarlandı
-
Novxanıdakı “milyonluq saray“ın sahibi həbs edildi - Zorlanmada ittiham olunur
-
ABŞ xüsusi nümayəndəsi elan etdi - Rusiya və Ukrayna Abu Dabidə masaya oturacaq
-
Keçmiş həyat yoldaşını məhkəməyə verdi: “KinderVilla“ bağçası ətrafında qalmaqal
-
Dünya ölkələri nəyə hazırlaşır? - 33 ölkə vətəndaşlarına xəbərdarlıq etdi
-
Noyabrın 4-də bu ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
-
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
-
Rayonlar dotasiya almadan necə maliyyələşəcək? - VİDEO
-
Milli Məclis bəyanat qəbul etdi - Zəfər Günü münasibətilə
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi - 7 il müddətinə
-
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olundu - RƏSMİ
-
“Mobile Payment Solutions” MMC qayda pozdu - Mərkəzi bank tədbir gördü
-
İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR
-
ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək - “Bloomberg“
-
Milli Məclisin iclası başladı: Azərbaycanın yeni Ombudsmanı seçilir
-
Yaşıllığı məhv edilən şəhər - Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək?
-
Bu ərazidə yolu keçmək piyadalar üçün təhlükəlidir - VİDEO
-
Adambaşına neft istehlakına görə ilk 20 ölkə açıqlanıb - Siyahı
-
Nəsimi rayonunda bir gecədə 10 ağac məhv edildi - VİDEO
-
Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
-
“Amay” Ticarət Mərkəzinin damında təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
-
ABŞ İranın Qeşm adasına zərbə endirib - “The Wall Street Journal”
-
Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var?
-
Bu hallarda kredit borclarını sığorta şirkətləri ödəyəcək - VİDEO
-
Bu şəxslər üçün ilk gediş 1 qəpikdir - Bakı metrosu və avtobuslarda
-
“Stop” niyə “Toxta” olsun? - Hikmət Babaoğlu etiraz edənlərə cavab verdi
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
-
İradə İbrahimovanın görünüşü müzakirə yaratdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək
-
Vəzifəli şəxslər həbs edildilər - Rüşvət almaqda təqsirləndirilirlər
-
Ötən il 709 min, bu il isə 868 min manat - Şəkidə Qurcana çayına “axıdılan“ vəsaitlər
-
Azərbaycan nərə kürüsünü hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Moskva TDT-yə qoşulmaq istəyir: “Ölkəmizdə çoxlu türk xalqları yaşayır“
-
Bakıda ikitəkərli “qatillər” gəzir - yeni TƏHLÜKƏ
-
Vətəndaşlara təcili xəbərdarlıq edildi: Ən azı 72 saatlıq ərzaq ehtiyatı yığın
-
PUA-larla ölkəyə narkotik keçirmək istədilər – Fotolar
-
Avropalılar narahatdırlar: Tramp NATO-dan qisas ala bilər
-
Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara bu qədər məbləğ veriləcək
-
İstilik mövsümünə daha tez başlanılan rayonların sayı artırıldı - SİYAHI
-
“Neft zavodlarına zərbələri bu halda dayandırarıq” - Zelenski Trampa şərt qoydu
-
“Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil“ - VİDEO
-
Pensiya, iş və hərbi xidmətdən möhlət vəd edib 82 min manat alan qadına hökm oxundu - VİDEO
-
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
-
Sürücülərin diqqətinə: Cəriməni belə ləğv etdirə bilərsiniz
-
ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil? - AÇIQLAMA
-
İşini itirənlərin kreditləri bağlana bilər - Yeni qaydalar hazırlanıb
-
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
-
Deputatın təklifi mübahisə yaratdı - ETİRAZ ETDİLƏR
-
Vəzifəli şəxslərin məhkəməsi başlayır - 200 min manatlıq rüşvət işi
-
“Meduza“dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
-
Azərbaycana Vyetnamdan 516 ton naqqa balığı gətirilib - Kilosu 2,6 manata
-
Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib - DSX
-
Yağ qiymətlərində kəskin bahalaşma - İstehsal azalır, idxal artır
-
Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir - Uşakov
-
Ağırtonnajlı avtomobillər kənd yollarını yararsız vəziyyətə saldı - VİDEO
-
Hansı göbələyi alaq ki, zəhərlənməyək? - VİDEO
-
Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət aldı
-
ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır - Tramp
-
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
-
Şamaxıda dəmirçilik ənənəsi yox olmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
-
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir?
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
TOP 10
ARXİV






