“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Neft Fondunda yoxlama: nöqsanlar üzə çıxdı

Tarix 27.11.26, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Fondunun maliyyələşdirdiyi "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" üzrə səmərəsiz xərclərə yol verilib.

AzFakt.com xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, 2020-2025-cı illər əhatə olunmaqla Dövlət Proqramı üzrə fəaliyyətin nəticəliliyinin qiymətləndirilməsi məqsədilə səmərəlilik (performans) auditi formasında kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilib. Nəzarət tədbiri bu istiqamət üzrə ayrılmış 117,9 milyon manat məbləğində vəsaiti əhatə edib.

Auditlə Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramları və doktorantura səviyyəsində təhsil sahələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirməsi istiqamətində tədbirlərin görülməsinə ehtiyacın olduğu qənaətinə gəlinib.

Beynəlxalq ikili diplom proqramları və doktorantura səviyyəsində təhsil üzrə proqram iştirakçılarının, təlimlərə cəlb ediləcək yerli professor müəllim heyətinin sayının və maliyyə təminatının proqnozlaşdırılması mexanizmi dəqiq olmayıb. Ali təhsil müəssisələri üzrə proqram iştirakçılarının sayının düzgün proqnozlaşdırılmaması, yerli professor-müəllim heyətinin əmək haqlarının ikiqat maliyyələşdirilməsi səbəbindən ali təhsil müəssisələrinə təhsil haqqı və təlim xərci qismində 4,6 mln. manatdan artıq vəsait ödənilib.

Beynəlxalq ikili diplom proqramları çərçivəsində tədris proqramlarının və tədris prosesinin təkmilləşdirilməsi, yerli professor-müəllim heyətinin bilik və peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görülsə də, xərc smetalarında bəzi hallarda bu istiqamətdə vəsait nəzərdə tutulmamış və yaxud az nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində elmi-tədqiqatların aparılması və yerli ali təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində vəsait ayrılmamış, elmi-tədqiqat fəaliyyəti inkişaf etdirilməyib ki, bu da tədris prosesinin innovativ metodların tətbiqi ilə aparılmasını və təkmilləşdirilməsini məhdudlaşdırıb.

Beynəlxalq ikili diplom proqramları çərçivəsində məzun olmuş şəxslərin beynəlxalq səviyyədə yüksək ixtisaslı kadr kimi işlə təmin olunma səviyyəsi yalnız onların fərdi savad və qabiliyyətlərindən deyil, ixtisasları üzrə fəaliyyət sahələrinin əlçatanlığı və iş yerlərinin mövcudluğundan asılı olub.

Doktorantura səviyyəsi üzrə ixtisaslar bəzi hallarda müvafiq normativ sənədin tələblərinə uyğun olmayaraq əvvəlki ildə müvafiq beynəlxalq reytinqlərdə ilk 500-cü ali təhsil müəssisələri sırasından seçilməyib, doktorantların dövlət proqramlarından məmnunluq səviyyəsi 5 ballıq şkala ilə 3,5 bal olub, cəmi 18,4 % doktorant təhsilini başa vurub, xaric edilmiş doktorantların təhsilinin maliyyələşdirilməsinə 1,5 milyon manatdan çox vəsait sərf edilərək səmərəsiz xərcə yol verilib, beynəlxalq ikili diplom proqramlarının yerli ali təhsil müəssisələrinin reytinqinə nəzərəçarpacaq təsiri olmayıb, Dövlət Proqramının məqsədlərinə qismən nail olunub.

Auditin nəticələri barədə Kollegiya Qərarında müəyyən edilmiş halların aradan qaldırılması və zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən ali təhsil müəssisələri üzrə proqram iştirakçılarının sayının düzgün proqnozlaşdırılmaması, yerli professor-müəllim heyətinin əmək haqlarının ikiqat maliyyələşdirilməsi səbəbindən təhsil haqqı və təlim xərci qismində artıq ödənilmiş 4,6 milyon manatın müvafiq qaydada bərpa edilməsi ilə bağlı Maliyyə, eləcə də Elm və Təhsil nazirliklərinə, beynəlxalq ikili diplom proqramları çərçivəsində qəbulun təşkili zamanı imtahan nəticələri ilə yanaşı tələb olunan şərtlərin (məsələn, dil sertifikatı) yerinə yetirilmə vəziyyətini qiymətləndirmək məqsədilə qəbul prosesində zəruri imkanların yaradılması və ödənişli əsaslarla qəbul prosesinin Elm və Təhsil Nazirliyi ilə birgə tənzimlənməsinə dair Dövlət İmtahan Mərkəzinə məlumat göndərilməsi qərara alınıb.



Xəbərin oxunma sayı : 52




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap