“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib - SEPAH

Tarix 27.11.26, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


İran hava məkanına yaxınlaşan ABŞ-a məxsus F-16 qırıcısı İran qüvvələrinin xəbərdarlıq atəşindən sonra istiqamətini dəyişərək geri çəkilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusuna məxsus bir F-16-nın icazəsiz hərəkət edən gəmiləri müşayiət etmək və onlara havadan müdafiə təmin etmək missiyası zamanı İranın cənubundakı Hengam adasının cənub-şərqində ölkənin hava məkanına yaxınlaşdığını açıqlayıb.

SEPAH-ın məlumatına görə, qırıcı SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni və qabaqcıl hava hücumundan müdafiə sisteminin xəbərdarlıq atəşinə məruz qalıb. Bildirilib ki, kəskin manevr etdikdən sonra təyyarə istiqamətini dəyişməyə və İranın hava məkanından uzaqlaşmağa məcbur olub.

SEPAH bəyanatında İranın hava məkanının ölkənin silahlı qüvvələri üçün “qırmızı xətt” olduğunu vurğulayıb. Bildirilib ki, Hörmüz boğazında hərəkətə nəzarət və idarəetmə qaydalarını pozmaq cəhdləri qəbuledilməzdir və bu cür hərəkətlərin davam etdirilməsi həm qayda pozuntusuna yol verənlər, həm də onlara dəstək verən hərbi qüvvələr üçün daha ağır nəticələrə səbəb ola bilər.



Xəbərin oxunma sayı : 70




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap