“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Neft oğurluğu yüksək vəzifəlilərin başını yeyəcək - Müşavir

Tarix 27.11.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin bir neçə əyalətində neft və neft məhsullarının fırıldaqçılığı və qaçaqmalçılığı ilə bağlı davam edən istintaqla əlaqədar olaraq yaxın gələcəkdə İraq hökumət strukturlarında yüksək vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir.

Bunu İraq Baş naziri Əli əl-Zeydinin müşaviri Əbdül Əmir əl-Tayban bildirib: "Neft qaçaqmalçılığı ilə bağlı davam edən istintaqla əlaqədar olaraq yaxın günlərdə bir sıra yüksək vəzifəli məmurların vəzifələrindən azad edilməsi gözlənilir".

O, "bu məsələdə İraq hökuməti və məhkəmə sistemi üçün qırmızı xətlərin olmadığını" vurğulayıb: "Əz-Zeydinin artıq həyata keçirdiyi işdənçıxarmalar və vəzifədən azad etmələr aysberqin yalnız görünən hissəsidir və istintaqın yekununa görə, daha yüksək vəzifəli şəxslərin istefaları olacaq".

Taybani həmçinin ad çəkməyərək, neft qaçaqmalçılığı ilə bağlı istintaqın məhkəmə sisteminin birbaşa nəzarəti altında aparıldığını və "cinayətlərdə iştirak edənlərin adlarının açıqlanmasının yalnız məhkəmə sisteminin səlahiyyətlərinə aid olduğunu" bildirib.

Qeyd edək ki, 2 gün əvvəl İraq prokurorluğu İraq Kürdüstanından oğurlanan neftin İran və Türkiyəyə daşınaraq satıldığına dair sübutlar toplandığını açıqlayıb.



Xəbərin oxunma sayı : 52




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap