“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türkiyədə müğənni həbs edildi - 9 məşhurun ölkədən çıxışına qadağa qoyuldu

Tarix 26.11.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində müğənni Ceylan Kaya həbs edilib, aralarında aktyor və müğənnilərin də olduğu 9 nəfər barəsində isə ölkədən çıxış qadağası tətbiq olunub.

AzFakt.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan şəxslərin prokurorluqdakı ifadə prosedurları başa çatıb.

Müğənni Ceylan Kaya həbs tələbi ilə, digər 9 nəfər isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ceylan Kaya cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ittihamı üzrə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Aktyor və müğənnilər Özcan Deniz, Deniz Çakır Baykal, Burcu Özberk, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksel barəsində isə ölkədən çıxış qadağası formasında məhkəmə nəzarəti tədbiri seçilib. Onlar məhkəmənin qərarından sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun müvafiq istintaq qurumu tərəfindən aparılan araşdırma fahişəlik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin təmin edilməsi, eləcə də narkotik vasitələrdən istifadə və onların saxlanılması ilə bağlıdır.

Baş Prokurorluğun açıqlamasına görə, şübhəlilərin ifadələri, şahidlərin məlumatları, ələ keçirilən mobil telefonlar və digər rəqəmsal materialların ekspertiza nəticələri, həmçinin gizli şahidlərin ifadələri araşdırılıb.
İstintaq çərçivəsində ümumilikdə 35 nəfər barəsində saxlanılma qərarı verilib. Araşdırmaların davam etdiyi bildirilir.



Xəbərin oxunma sayı : 76




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap