“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Regionlar işsiz, Bakı yüklənir - 84 faizlik statistika nəyi göstərir?

Tarix 26.11.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yeni iş yerlərinin yaradılmasında regionlar və paytaxt arasında ciddi fərq müşahidə olunur. Rəsmi statistik göstəricilər göstərir ki, ölkədə açılan yeni iş yerlərinin böyük əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasında cəmləşir. Bu isə məşğulluq imkanlarının coğrafi baxımdan qeyri-bərabər bölüşdürülməsi, regionlarda iş yerlərinin yaradılması və əhalinin paytaxta üz tutması məsələlərini yenidən gündəmə gətirir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3 faizi, yaxud təxminən 61,5 mini Bakının payına düşüb. İkinci yerdə 6,6 faizlik göstərici ilə Abşeron rayonu qərarlaşıb. Beləliklə, ölkə üzrə yaradılan yeni iş yerlərinin təxminən 84 faizi Bakı və Abşeronun payına düşür. Paytaxt və Abşeron ərazisindən kənarda isə cəmi 18 minə yaxın yeni iş yeri yaradılıb. Bu mənzərə regionlarda iqtisadi fəallığın, sahibkarlığın və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin effektivliyi ilə bağlı suallar doğurur.

Görəsən, yeni iş yerlərinin bu qədər böyük hissəsinin Bakı-Abşeron ərazisində cəmləşməsinin səbəbi nədir? Regionlarda iş yerlərinin yaradılmasına mane olan əsas iqtisadi və struktur problemlər hansılardır? Mövcud vəziyyət daxili miqrasiyaya, paytaxtın demoqrafik yükünə və regionların sosial-iqtisadi inkişafına necə təsir göstərir?

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb: "Son statistik məlumatlar onu deməyə əsas verir ki, Bakı və Abşeron yarımadasını birlikdə götürsək, yeni açılan iş yerlərinin təxminən 84 faizi məhz bu bölgənin payına düşür. Bu, kifayət qədər böyük göstəricidir və ölkə daxilində miqrasiyanın miqyasını əks etdirən əsas amillərdən biridir".

İqtisadçı qeyd edib ki, əhalinin regionlarda qalması üçün ilk növbədə həmin ərazilərin iqtisadi və sosial inkişafı təmin edilməlidir: "Regionlarda iqtisadi imkanların genişləndirilməsi, sosial həyatın canlandırılması olduqca vacibdir. Hesab edirəm ki, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Söhbət yalnız iqtisadi və sosial inkişafdan getmir. Məsələn, regionlarda kommunal xidmətlərin daha əlçatan və ucuz olması, əhalinin kredit imkanlarının genişləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, iqtisadi inkişaf sosial və mədəni infrastrukturun yaradılması ilə müşayiət olunmalıdır. Regionlarda müasir sosial və mədəni infrastruktur formalaşdırılmalıdır ki, insanlar, xüsusilə də gənclər doğma rayonlarında yaşamağa və fəaliyyət göstərməyə maraqlı olsunlar. Əks halda, təkcə iş yerlərinin yaradılması insanların regionlarda qalmasını təmin etmək üçün kifayət etməyəcək".

Natiq Cəfərlinin fikrincə, bu istiqamətdə kompleks yanaşmaya ehtiyac var: "İqtisadi imkanlar, sosial təminat, kommunal xidmətlər, kredit əlçatanlığı və mədəni infrastruktur paralel şəkildə inkişaf etdirilməlidir. Yalnız bu halda regionlarda əhalinin məskunlaşmasının təşviqi və daxili miqrasiyanın qarşısının alınması istiqamətində real və səmərəli addımlar atmaq mümkün olacaq".



Xəbərin oxunma sayı : 58




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap