“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

1 milyonluq yeyintinin əmri kimdən gəlib? - “Rəhbərliyin tapşırığını icra edib“

Tarix 25.11.26, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun barələrindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

AzFakt.com Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Eldəniz Qulamovun vəkili müdafiə nitqi ilə çıxış edib.

O bildirib ki, müvəkkili dövlət qulluqçusu olub və rəhbərliyin tapşırıqlarını icra edib. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Raqif Abbasovun vəkili də müvəkkilinin təqsirsiz olduğunu bildirərək ona bəraət verilməsini istəyib.

Təqsirləndirilənlərə son söz verilsə də, onlar buna hazır olmadıqlarından məhkəmədən vaxt istəyiblər.

Növbəti iclas dekabrın 2-nə təyin edilib.

Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilənlərin hər birinin ayrı-ayrılıqda 12 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Adıçəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Gənclər və İdman Nazirliyi tanınıb.



Xəbərin oxunma sayı : 58




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap