“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tanınmış aparıcının evinə 15 nəfərlik basqın: Saxlanılan şəxsin kimliyi məlum oldu - VİDEO+FOTO

Tarix 27.11.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib.

Aparıcının verdiyi məlumata görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Onun iddiasına əsasən, beş avtomobillə əraziyə gələn təxminən 15 nəfərdən ibarət naməlum şəxs bağ evinə daxil olub.

AzFakt.com xəbər verir ki, basqın zamanı evdən aşağıdakı əşya və avadanlıqların oğurlandığı bildirilir:

Üç ədəd mobil telefon;
Ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağı və bir cüt brilyant sırğa;
Domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar.
Fira Cəlilova hadisədə iştirak etdiyi ehtimal olunan avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını da açıqlayıb:

99-ME-666
90-ME-007
90-YA-094
10-CE-025
Aparıcı hadisənin araşdırılması, şübhəli şəxslərin müəyyənləşdirilməsi və oğurlanan əşyaların geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novxanıdakı bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində istintaqdan yayınan və əvvəllər məhkum olunmuş Əlihüseyn Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

Keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.

Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.




Xəbərin oxunma sayı : 67




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap