“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO

Tarix 27.11.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt bazarlarında kənd yumurtasının qiyməti kəskin artıb. Hazırda bir ədəd kənd yumurtası 45-50 qəpiyə satılır.

AzFakt.com xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in hazırladığı süjetdə bildirilib.

Satıcıların sözlərinə görə, yay aylarında 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti son bir-iki ay ərzində xeyli bahalaşıb. Qiymət artımının əsas səbəbi bölgələrdə yumurta istehsalının azalmasıdır.

Fermerlər isə bahalaşmanı yem xərcləri, quşlar arasında yayılan xəstəliklər və təsərrüfatlarda toyuqların sayının azalması ilə əlaqələndirirlər. Bildirilir ki, kəndlərdə belə yumurtanın bir ədədi 35-40 qəpiyə satılır.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli qiymət artımının mövsümi xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, qış aylarında gündüz saatlarının qısalması, havaların soyuması və toyuqların qidalanma imkanlarının məhdudlaşması yumurta istehsalının azalmasına səbəb olur.

Assosiasiya sədrinin açıqladığı rəqəmlərə əsasən, yay aylarında gündəlik kənd yumurtası istehsalı 380-400 min ədəd təşkil etdiyi halda, qışda bu göstərici 80-120 min ədədə qədər azalır.

Kənd yumurtasının mart ayından sonra ucuzlaşacağı proqnozlaşdırılır.



Xəbərin oxunma sayı : 49




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap