“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

ABŞ Konqresində “FİFA işi“ sürətlənir: Tramp və Kuşnerin adı hallanır

Tarix 27.11.26, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Konqresində futbol üzrə dünya çempionatının özəlləşdirilməsi layihəsinin ləğvi ilə bağlı halların araşdırılması aktivləşib.   

Musavat.com xəbər verir ki, amerikalı qanunvericilər FİFA ilə prezident Donald Tramp administrasiyası arasında korrupsiya və qarşılıqlı razılaşmaların olub-olmadığını aydınlaşdırmaq üçün potensial şahidlərlə əlaqə saxlayırlar. Təklif olunan layihənin Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin rəhbərlik etdiyi investorlar qrupu hesabına maliyyələşdirilməsi nəzərdə tutulurdu.

Demokrat konqresmen Ceymi Raskinin ofisində artıq FİFA-nın hazırkı və keçmiş əməkdaşlarına ifadə vermək xahişi ilə müraciətlər edilir. "Sky News"un məlumatına görə, Nümayəndələr Palatasının komitəsi gələn ilin əvvəlində rəsmi prosedur çərçivəsində şahidlərin çağırılmasına keçə bilər; aralıq seçkilərdə partiyanın qələbəsindən sonra yanvar ayından komitə üzərində nəzarət demokratlara keçəcək.   

Qeyd edək ki, "FIFA Forward Enterprise" adı verilən və dünya çempionatının kommersiya hüquqlarındakı payın uzunmüddətli investisiya qrupuna satışını nəzərdə tutan layihə yay aylarında UEFA və futbol ictimaiyyətinin kəskin etirazları, o cümlədən mümkün boykot təhdidlərindən sonra dayandırılmışdı.

Eyni zamanda sızdırılan sənədlərdə sövdələşmənin müddəti və strukturuna dair yeni detalların üzə çıxması, üstəlik 2027-ci ilin martında FİFA prezidentliyinə keçiriləcək seçkilər ərəfəsində bu araşdırmanın həm idman idarəçiliyinə, həm də Vaşinqtondakı siyasi mübarizəyə ciddi təsir göstərə biləcəyini ön plana çıxarır.  



Xəbərin oxunma sayı : 52




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap