“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hibrid avtomobillərin idxalı kəskin azalıb - Qiyməti isə artıb

Tarix 27.11.26, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 10 ayında Azərbaycana 64 min 898 avtomobil idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 94 min 583 ədəd olub. Nəticədə son bir ildə avtomobil idxalı 29 min 685 ədəd və ya 31,4% azalıb.

Hesabat dövründə ölkəyə gətirilən avtomobillərin ümumi statistik dəyəri də aşağı düşüb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında 1 milyard 793 milyon dollar təşkil edən idxalın dəyəri bu ilin eyni dövründə 1 milyard 290 milyon dollara enib. Bu, 503 milyon dollar və ya 28,1 % azalma deməkdir.
Avtomobillərin orta gömrük dəyəri isə əksinə, yüksəlib. 2025-ci ilin ilk 10 ayında bir avtomobilin orta gömrük dəyəri 18 min 958 dollar olduğu halda, bu ilin eyni dövründə 19 min 875 dollara çatıb. Beləliklə, orta göstərici 917 dollar və ya 4,8 % artıb.

Minik avtomobillərinin idxalında ciddi azalma olub

Sərnişin daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalında da ciddi azalma qeydə alınıb.
Belə ki, ötən ilin yanvar-oktyabr aylarında ölkəyə 86 min 909 minik avtomobili gətirildiyi halda, bu ilin eyni dövründə onların sayı 57 min 742 ədəd olub. Azalma 33,6 % təşkil edib.

Bir minik avtomobilinin orta gömrük dəyəri isə 18 min 486 dollardan 18 min 654 dollara yüksəlib.

Hibrid və elektrik avtomobillərinin idxalında da nəzərəçarpacaq azalma müşahidə olunub.

Xarici enerji mənbəyindən doldurulmayan adi hibrid avtomobillərin idxalı 13 min 657 ədəddən 5 min 763 ədədə düşüb. Bu, 57,8 % azalma deməkdir. Həmin avtomobillərin orta gömrük dəyəri isə 20 min 999 dollardan 21 min 968 dollara yüksəlib.

Xarici enerji mənbəyindən doldurulan plug-in hibrid avtomobillərin idxalı 37 min 476 ədəddən 12 min 970 ədədə enib. Azalma 65,4 % təşkil edib. Bu kateqoriyada bir avtomobilin orta gömrük dəyəri 18 min 802 dollardan 22 min 144 dollara çatıb.

Tam elektrik avtomobillərinin idxalı isə 1 732 ədəddən 706 ədədə düşüb. Belə avtomobillərin idxalı 59,2 % azalıb. Eyni zamanda, onların orta gömrük dəyəri 30 min 71 dollardan 26 min 348 dollara enərək 12,4 % ucuzlaşıb.

Avtobusların orta dəyəri 55 % artıb

Sürücü daxil olmaqla 10 və daha çox nəfərin daşınması üçün nəzərdə tutulan avtobusların sayı 702-dən 591-ə düşüb. Buna baxmayaraq, bir avtobusun orta gömrük dəyəri 106 min 496 dollardan 164 min 656 dollara yüksəlib. Artım 54,6 % təşkil edib.
Yük avtomobillərinin idxalı 6 min 588 ədəddən 6 min 47 ədədə enib. Bu kateqoriyada azalma 8,2 % olub. Bir yük avtomobilinin orta gömrük dəyəri isə 11 min 350 dollardan 9 min 440 dollara düşüb.
Xüsusi təyinatlı nəqliyyat vasitələrinin idxalında isə artım qeydə alınıb. Belə avtomobillərin sayı 384-dən 518-ə yüksəlib. Artım 34,9 % təşkil edib. Onların orta gömrük dəyəri də 96 min 143 dollardan 112 min 581 dollara çataraq 17,1 % artıb.



Xəbərin oxunma sayı : 34




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap