“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Atası və ögey anasına hökm oxundu

Tarix 27.11.26, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

AzFakt.com Xitab24.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismində hakim qarşısına 1965-ci il təvəllüdlü Şikar Nəcəfov və arvadı 43 yaşlı Ramilə Nəcəfova çıxarılıb.

Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri ilə təqsirləri sübuta yetirilən Ş.Nəcəfov 18 il, arvadı Ramilə Nəcəfova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsinə gəlincə, hadisə Ağdamın Yeni İmamqulubəyli qəsəbəsində baş verib. Şikar Nəcəfov və arvadı, qızları Nərgiz Cəfərovanın yüngül həyat tərzi keçirməsini bəhanə edərək onu öldürmək qərarına gəliblər. Cinayət hadisəsində əlbir olan ərlə arvad Nərgizi yatdığı yerdə öldürüblər. 

Belə ki, yataq otağına daxil olan ata qızının üzərinə çıxaraq, onun nəfəs yollarının,  Ramilə isə Nərgizin tərpənməməsi üçün ayaqlarını tutub. Daha sonra zərərçəkmişin boyun nahiyəsinə dəmir linglə zərbələr endirilib. Nərgiz öldüyündən əmin olan ata, dəhrə və baltadan istifadə edərək qızının meyitini hissələrə bölüb.

Meyitin hissələrini fındıq ağacının altına basdıran ata, sonradan cəsədin tapılacağından ehtiyat edib. O, daha sonra meyitin hissələrini un kisəsinə yığaraq Qarabağ Su kanalının Ağcabədi rayon Qiyaməddinli kəndindən keçən hissəsinə atıb.

Qeyd edək ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə araşdırma aparılıb. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə ata və ögey anası tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.



Xəbərin oxunma sayı : 61




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap