Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şəhid anası oğlunun qan pulu ilə ev tikdi, icra hakimiyyəti dağıtdı - Video

Tarix 12.07.19, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunun ərazisində şəhid anası Sütun Əhmədovanın tikdiyi ev dağıdılıb.

AzFakt.com xəbər verir ki, S. Əhmədova deyir ki, prezidentin sərəncamı ilə verilən şəhid oğlunun qan pulunu alıb və əlavə kredit də götürüb digər oğluna ev tikmək istəyib: 

“11 min manat şəhid pulu verdilər. Oğluma verdim ki, xəstəyəm, Bərdədən gedib-gələ bilmirəm, burada ev tikin, mən də yanınızda qalım. 

Amma Abşeron icra hakimiyyətinin adamları iki dəfə evi başımıza uçurublar. Şəhid nə deməkdir? Mənim balam torpaq üstündə şəhid olub. 

İcra hakimiyyəti imkan vermir ki, evi tiksin, xəstə ananı yanında saxlasın. Şəhid anası kimi xahiş edirəm ki, sökənlər gəlib evi tiksin, versinlər. 

Deyirlər ki, şəhid anası başını dik tutsun, şəhidin ölməyib. Budur şəhidə qiymət?”.

S. Əhmədovanın oğlu Səxavət Əhmədov deyir ki, əllərindəki sənədlər qanunidir: “Heç bir xəbərdarlıq etmədən uçurub getdilər. Memarlıq şöbəsinə getdim, heç bir əsas gətirə bilmədilər. 

Dedim əsas gətirin. Sonra söz verdilər ki, tikə bilərsən. Bir az keçdi, təzədən yenə traktora verib dağıtdılar. Yenə heç kəsdən sənəd istəmədən dağıdıblar. 

Heç kəs də boynuna götürmür ki, kim edib. Ərazidəki adamlar deyirlər ki, Akif müəllim əmr verib. O da icra hakimiyyətində memarlıq şöbəsində işləyir”. 

Şəhid ailəsi xahiş edir ki, əgər bu məsələdən icra başçısının xəbəri yoxdursa, İradə Gülməmmədova dərhal münasibət bildirsin, qanunsuzluq edənləri cəzalandırsın. Onlar ümid edirlər ki, xanım başçı şəhid anasına qarşı bu haqsızlığa son qoyacaq. S.Əhmədova prezidentə, Mehriban xanıma müraciət edərək bununla bağlı tədbir görməyi xahiş ediblər.

Qeyd edək ki, bu artıq neçənçi faktdır ki, Abşeron rayonu ərazisində baş verir. Hətta sakinlərin illərlə yaşadığı evlərin qanunsuz adı ilə uçurluması haqda da xəbərlər mövcuddur.

Sensasiya TV

 





Xəbərin oxunma sayı : 559




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap