“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Hesab bizi aldada bilər, asan qələbə olmadı“ - Qurban Qurbanov

Tarix 10.08.22, 0:46

Font ölçüsü : - / +
bitmap-img6


“Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər. Asan qələbə olmadı. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımı isə qucaqlayıram”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, nə qədər imkanları varsa, bir o qədər irəliyə getmək istəyirlər: “Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Hər oyunda belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq”.

O, pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri ev oyununun Bakı Olimpiya Stadionuna salınmasının mümkünlüyünə də toxunub: “Öz oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda oynamışıq. Bu məsələni Bakıda müzakirə edərik. İndi nəsə demək çox çətindir”.

Qurbanov rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörmətinin olduğunu söyləyib: “Çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyimi deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik”.

Qurbanovun sözlərinə görə, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: “Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi”.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 16 avqustda evdə, cavab görüşünü isə 23 avqustda səfərdə keçirəcək.



Xəbərin oxunma sayı : 1006




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap