Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Honkonqdakı vəziyyətin yeganə həlli yolu siyasi dialoqdur“ - Böyük Britaniya XİN

Tarix 04.10.19, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


“Honkonqdakı vəziyyətin yeganə həlli yolu siyasi dialoqdur”.

Böyük Britaniya hökumətinin saytının verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab oktyabrın 5-dən etibarən Honkonqda qüvvəyə minəcək fövqəladə qanunvericiliklə tənzimləmələrin tətbiqinə münasibət bildirərkən deyib.

“Hökumətlər öz xalqlarının təhlükəsizliyini və əminiyyətini təmin edərkən vəziyyəti ağırlaşdırmaqdan çəkinməli və gərginliyi azaltmalıdırlar”,- deyə Böyük Britaniyanın Xarici İşlər naziri bildirib.

Qeyd edək ki, Honkonq höküməti etirazları dayandırmaq üçün maska əleyhinə qanunun qəbulu ilə bağlı Fövqəladə Qaydalar tətbiq edib.

Qanun etirazçıların aksiya zamanı üzlərini tam və ya qismən örtməsini qadağan edir. Qanuni yürüşlərdə və mitinqlərdə, qanunsuz və ya icazəsiz yığıncaqlarda, iğtişaşlar zamanı maska taxan hər kəs bir il azadlıqdan məhrum edilə və 25.000 Honkonq dolları cərimələnə bilər.

Bundan əlavə, qanuna əsasən polisin maskanın çıxarılması ilə bağlı əmrinə tabe olmayan şəxslər altı ay həbs cəzasına məhkum ediləcək və 10000 Honkonq dolları cərimələnəcək. “Üz örtüyü” ifadəsinə yalnız maskalar deyil, boya maddələri də daxildir. (apa)



Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap