“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Çinin texnologiya nəhəngi İran rejiminə necə kömək edib? – ABŞ-dan sensasiyalı ittihamlar

Tarix 14.02.20, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Ədliyyə Departamenti Çinin “Huawei Technologies” şirkətini İrana etirazçıları izləməyə kömək etməkdə suçlayır. Vaşinqton dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısına təzyiqi artırmaqdadır, bu, texnologiya nəhənginə sonuncu ittihamıdır.

Fevralın 13-də açıqlanmış ittihamnamədə “Huawei” həmçinin ABŞ-ın 6 texnologiya şirkətindən ticarət sirlərini oğurlamağı planlaşdırmaqda ittiham olunur. Prokurorlar bildirirlər ki, “Huawei” İrana ötən il Tehranda hökumətə qarşıçıxan etirazçıları nəzarətsə saxlamağa imkan verən nəzarət avadanlığı verib.

““Huawei” izləmə avadanlığı quraşdırmaqla İran hökumətinə kömək edib. Buraya 2019-cu ildə Tehranda antihökumət nümayişləri zamanı etirazçılara nəzarət, onların aşkarlanması və saxlanmasına xidmət edən izləmə avadanlığı daxildir”, – ittihamnamədə deyilir.

Prokurorlar onu da bildirirlər ki, Huawei İranda azı bir vətəndaşı işə cəlb edib və bu, ABŞ qanunvericiliyinin pozulmasıdır. Ötən noyabrda İran hökuməti yanacağın qiymətini qaldıranda 100-dən artıq şəhərdə etirazlar baş qaldırdı, təhlükəsizlik qüvvələri onları zorakılıqda dağıtdı, ölkənin internetə çıxışı qapadıldı.

Şirkət həmçinin razılaşmalar haqda banklara yalan danışmaqla İrana qarşı iqtisadi sanksiyaları pozmaqda ittiham olunur.

İttihamnamədə o da bildirilir ki, şirkət Pxenyana qarşı iqtisadi sanksiyalara baxmayaraq Şimali Koreyada gördüyü biznesi gizlətməyə çalışıb.

Şirkət fevralın 13-də yaydığı bəyanatda iddiaları “əsaslandırılmamış”, yeni ittihamnaməsi isə Ədliyyə Departamentinin “Huawei”-nin nüfuzuna zərbə vurmaq cəhdinin tərkib hissəsi adlandırıb, bunun “rəqabətdən çox, hüquq-mühafizə ilə bağlı olduğunu” deyib.

ABŞ administrasiyası bundan öncə də “Huawei” ilə bağlı təhlükəsizlik əndişələri səsləndirib, Qərb müttəfiqlərini şirkəti simsiz, yüksək sürətli şəbəkələrdən kənarlaşdırmasıüçün təzyiq göstərib.

Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri Robert  Olbrayen bu həftə bəyan edib ki, “Huawei” dünyaya satdığı şəbəkə avadanlığı vasitəsilə kommunikasiyalara gizlicə müdaxilə edə bilər. Şirkət isə “heç vaxt telekommunikasiya şəbəkələrinə gizlicə girməyib və bunu etməyə qabiliyyəti də yoxdur”. (azadliq.org)



Xəbərin oxunma sayı : 220




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap