![]() |
|














“IV hakimiyyətdə hansı dəyişikliklərə ehtiyac var? – Vüsalə Mahirqızı da mediada islahatların zəruriliyindən yazdı
Tarix 04.12.19, 16:34 |
|
801.jpg)
Vüsalə MAHİRQIZI,
“APA-Holding”in prezidenti
Dünyada baş verən proseslər, rəqəmsallaşma müstəvisinin hər gün daha da genişlənməsi və informasiya cəmiyyətinin insanı idarəetməyə yeni baxış tələb edir. Şərti olaraq, “internet adamı” adlandıra biləcəyimiz yeni insan modeli reformist, çevik, smart düşüncəli idarəetmə istəyir.
Yaxşı olan odur ki, Azərbaycan dünyadakı bu prosesdən kənarda qalmadı. Prezident İlham Əliyev “islahat ili” kimi başladığı ilin ikinci yarısında islahatların ikinci mərhələsinə start verdi.
Əhalinin bütün təbəqələrini əhatə edən sosial paketlərin qəbulu, böyük xalq açılımları, infrastruktur layihələrinin sayının artırılması, məhkəmə-hüquq islahatları ilə bağlı sənədin qəbul edilməsi istiqamətində atılan addımlar növbəti dəyişikliklər – struktur və kadr islahatları üçün yaxşı baza rolunu oynadı. Hazırda aparılan struktur və kadr islahatlarına “radikal və ya kardinal dəyişikliklər” demək mümkündür.
Alt icra strukturlarından tutmuş Prezident Administrasiyası və Milli Məclisdə davam edən dəyişikliklərinin tezliklə məhkəmə hakimiyyətini də əhatə etməsi gözləniləndir.
Prezidentin səbr və təmkin, eyni zamanda qətiyyət və inamla apardığı dəyişikliklər sistemli olduğuna görə, yeni formasiyaya keçid cəmiyyətin dəstəyi, rəğbəti və salamlaması ilə qarşılanır.
Məsələnin mahiyyətində dayanan isə Prezident İlham Əliyevin uzun illər əvvəl, hələ islahat sözü bu ildəki kimi aktiv leksikonumuza daxil edilməmişdən çox öncə islahatların alt bazasını hazırlaması olmuşdu.
İlham Əliyev hələ hakimiyyətinin ilk illərindən, neftin dünya bazarının favoriti olduğu vaxtlarda postneft dövrü hazırlıqlarına başladı. “Qara qızılı insan kapitalına çevirək” məşhur tezisi ilə xaricdə təhsil proqramlarına vəsait ayırdı. Azad internetin və sosial medianın ictimai rəydə möhkəmlənməsinə mane olmadı. Ölkəni birvektorlu siyasətlə idarə etmədi, yeni düşüncəli, keyfiyyətcə müasir mərhələyə hazır gənclərin oxuyub ölkəyə dönməsinə, ölkədə olanların burada təcrübə toplamalarına dəstək verdi və stimullaşdırdı. Beynəlxalq tədbirləri, dünya miqyaslı aksiyaları ölkəyə gətirdi, Azərbaycanın aparıcı trendlərdən bəhrələnməsinə imkan yaratdı. Tolerantlıq və multikultural dəyərlərin təbliğinə vəsait ayırdı, bürokratik aparatda şəffaf idarəetmə və operativ xidmət modeli olan ASAN-ı yaratdı və orda da bir kadr bazası formalaşdı. Müasir dünya ilə ənənəvi cəmiyyətin meyllərini uzlaşdırdı. Komandasının sadiq, təcrübəli, xidmətləri olmuş üzvlərini qiymətləndirməyi və fərqləndirməyi bacardı. Eyni zamanda heç vaxt ictimai rəyi, xalqın dəstəyini gözardı eləmədi, həmişə, bütün fəaliyyətinin əsas tezisi bu oldu: “Müstəqillik və xalqın dəstəyi”.
Və bütün bunlar dünyanın hətta ən inkişaf etmiş ölkələrində kardinal islahatlardan ehtiyat edildiyi bir vaxtda “Prezident necə bu qədər rahat və özünə inamla islahatlar apara bilir?” sualının cavabı oldu.
Beləliklə, Prezident dəyişikliklər üçün lazım olan bazanı, kadrları, şəraiti illərlə və səbrlə, təmkinlə, həm də müdrikliklə hazırlayıb. Ona görə də dinamik, sürətli və inamlı dəyişikliklər edə bilir…
Yeni dönəmdə media
Hakimiyyətin müxtəlif qollarında aparılan dəyişikliklər şərti olaraq “IV hakimiyyət” adlandırılan mediadan da yan keçə bilməz. Əslində, Prezidentin sentyabrda növbəti mərhələsinə başladığı dəyişikliklərdə problemlərinə toxunduğu və eyni zamanda dəstək gözlədiyi sahələrdən biri də media idi. Dövlət başçısı islahatlara mane olmaq istəyənlərin media üzərindən oynadıqları oyunları qeyd etmiş, eyni zamanda ictimai nəzarətin vacibliyinə və əhəmiyyətinə diqqət çəkmişdi. İslahatların uğurla həyata keçirilməsi üçün müstəqil və sağlam medianın, həmçinin, digər cəmiyyət institutlarının mövcudluğu mühüm şərtlər arasındadır.
Bu yanaşmada media təkcə struktur etibarilə formalaşmış şirkət və ya yaradıcı şəxslərin topluluğu deyil. Media cəmiyyətin vizyonu, baxışlar sistemi və yanaşması kimi xarakterizə edilə bilər. Kardinal dəyişikliklərin aparıldığı ölkənin cəmiyyətində “yeni dövr mediası”nın yaranması və ya mediaya yeni baxışın olması zəruridir.
Terminlərlə sahənin mütəxəssisi olmayan oxucunu yormaq istəmədiyimə görə, fikrimi daha sadə ifadə etməyə çalışacam. Məsələnin mahiyyətində bu dayanır: interaktiv medianın-yəni internetin, saytların və online medianın, həmçinin “ağıllı telefonların” olmadığı zamanın insanı yalnız məlumat daşıyıcısı və məlumat alıcısı idi. Yeni dövrün insanı isə həm də məlumat ötürücüsüdür.
İndi heç kimsə informasiyaya münasibətdə bir funksiyalı deyil, hər kəsin informasiyanı yaratmaq, daşımaq və ötürmək imkanı var. Hələ üstəlik sosial media alətləri informasiyanı yönəltmək, idarə etmək, hətta kampaniyalaşdırmaq imkanı yaradır. Bu prosesdə peşəkarla sadə informasiya ötürücüsü arasında təsir imkanları baxımından fərq ola bilər. Amma bu fakt təkzib olunmur ki, hər kəsin informasiya istehsalçısı və ən başlıcası, ötürücüsü olmaq imkanı var.
Məhz bu məqam – müasir informasiya alətlərinin imkan verdiyi şərtlərdə ÖTÜRÜCÜ ola bilmək artıq informasiyaya baxışı və yanaşmanı dəyişir.
Başqa sözlə, siz bir fabrik yaradıb istənilən məhsulu istehsal edə bilərsiniz. Əgər sizin onu bazara çıxarmaq, nümayiş etdirmək və satmaq imkanınız yoxdursa, məhsulunuzun iqtisadi səmərəliliyi, ziyanı və ya faydalılıq əmsalı cəmiyyətə də, bazar oyunçularına da maraqlı deyil. Yəni əsas məsələ istehsal deyil, istehsal etdiyini ötürə bilmək, bazarlamaqdır.
Ənənəvi medianın mövcud olduğu zamanda da hər kəs informasiya daşıyıcısıydı. Lakin bu informasiyanı ötürmək üçün geniş müstəvi yalnız seçilmiş obyektlərə məxsus idi. Ona görə də ənənəvi media mühiti informasiyanın konyuktura daxilində təqdimatına şərait yaradırdı. İstənilən hadisəyə və ya fakta konyktur baxış bucağını müəyyənləşdirib, bunu imperativ qaydada kütləviləşdirməklə, vahid tezisləşdirmə ilə təsəvvür yaratmaq, hətta həmin təsəvvürləri möhkəmləndirmək mümkün idi.
İnternetin gətirdiyi interaktivlik, sosial medianın, yeni texnologiyanın gerçəkliyi bütün informasiya daşıyıcılarını həm də ötürücüyə çevrilə bildi. Bu isə konyuktur informasiyanı əhəmiyyətsizləşdirdi. “Feyk nyus”un və konyuktur informasiyanın yayılması qədər yalanlanması da çox az vaxt aldı. İnformasiya mənbəyinin həm də alternativ informasiya ötürücüsü ola bilməsi “konyuktur informasiya” vasitəsinə inamı azaltdı, onları baxımsızlaşdırdı. Nəticədə ənənəvi media oxucusunu və tamaşaçısını sürətlə alternativ informasiya qaynağına – yeni mediaya, başqa sözlə, oxucu və tamaşaçının özünə uduzmalı oldu.
Çox açıq yazsam, imperativ və administrativ media idarəetməsi faydasını itirdi, mediaya yalnız məlumatlandırma funksiyasının dominantlığı, çeviklik və daha çox interaktivliklə fərqlənmək seçimləri qaldı. Yeni situasiyanın fərqinə varmadan davam etdirilən imperativ məlumat yönləndirilməsi isə mövcud media siyasətindəki problemləri yaratdı.
Nə etməli?
Nəzəri təhlildən ölkəmizin reallığına qayıtsaq, hazırda çıxış yolu bazar oyunçularının sərbəstləşməsi və alternativ kontentin ənənəvi mediada daha çox görünməsinə imkan yaratmaq kimi görünür.
Başqa sözlə, ciddi, etibarlı və cəmiyyət arasında etimadlı media qurumları bazarda daha sərbəst şərtlərlə çıxış edə bilsə, proqres baş verər.
Bu, eyni zamanda xaricdən “milli kontent” adı ilə ölkəyə qarşı “qara piar” kampaniyası aparanların əhəmiyyətsizləşməsinə də səbəb olar. Ənənəvi medianın alternativ fikrə, açıq müzakirəyə və tənqidə daha çox önəm verməsi media mühitindəki çoxrəngliliyi təmin etmiş olar.
Sosial media alətlərində kustar üsullarla aparılan, ciddi əks-effekt verən fəaliyyət praktik və dinamik, ölçmələrə əsaslanan daha peşəkar işlə əvəz oluna bilər. İdarə edənin ictimai rəyin formalaşmasında rol oynayan istənilən müstəvidə, o cümlədən sosial media alətində işləməsi heç bir halda mənfi qarşılana bilməz. Əksinə, dövlət sosial media üzərindən ciddi işləyib, müasir tətbiqetmələrdən yararlanıb, tendensiyaları ölçüb, problem yaradan səbəbləri aradan qaldırıb, nəticəni dəyişərsə, bundan bütün cəmiyyət qazanar.
Ənənəvi mediada çoxçeşidliliyin, müxtəlif rəngliliyin təmin olunması, “Biz nəyi dəyişirik və niyə dəyişirik?” sualına olan cavab medianın gələcəyini müəyyən edəcək.
Bütün bu nəzəri olaraq asan, lakin praktikada indiki halda xeyli ağrılı kimi görünən prosesin aparılması zamanı “informasiya kirliliyini” yaradan aqreqatorlardan, şantaj və böhtan üçün yaradılmış “üçnəfərlik saytlar” topluluğundan xilas olmaq da şərtdir. Bunun üçün bəzən administrativ qərarlara da ehtiyac ola bilər.
Eyni zamanda dövlət strukturlarının informasiyaya əlçatanlığın təmin edilməsi istiqamətindəki fəaliyyəti də sistemli artırıla bilər.
Cəmiyyətin sosial media davranışlarını mənimsəməsinə müxtəlif institutlar, xüsusilə ənənəvi media tərəfindən dəstək verilməsi də prioritetlər arasında ola bilər.
Və bu məqamda əsas problemdən yazmaya bilməyəcəm.
Bütün bu düsturların doğru təsbiti üçün mühüm məqam – media menecmentidir. Çox təəssüf ki, hazırda mediadakı əsas problemlərdən biri budur.
Geniş və konseptual media baxışı olan, rəhbərlik etdiyi qurumun media siyasətini formalaşdıra bilən, həmçinin bəşəri dəyərləri, medianın cəmiyyət üçün məlumatlandırma ilə yanaşı, humanitar missiyasını, eyni zamanda dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olan informasiya təhlükəsizliyinin qorunmasındakı öhdəliyini başa düşən, adekvat media menecmentə ehtiyac var.
İndiki halda işin pis tərəfi belə media menecmentin azlığıdır. Yeni media tipi-konseptual yanaşması olan, sahənin və cəmiyyətin maraqlarını uzlaşdıra bilən, həmçinin “qara piar”la tənqidin sərhədlərini müəyyənləşdirmək imkanı olan, “hər şey pisdir” və ya “hər şey yaxşıdır” tandemindən uzaq olub, ictimai nəzarət funksiyasını yerinə yetirə bilən media institutu və media obrazı formalaşdırmaqdır. Bu iş heç də saxta sayğaclarla ölçmələri artırmaq, sosial media mühəndisliyi etmək, informasiya siyasətində rolu olmayan, əksinə, cəmiyyətlə problem yaradan “onminlik baxışlar”ı olan xəbərlər yazmaq deyil. Bu, heç təkcə müasir dünya və trendləri bilmək də deyil. Müasir media menecment adekvatlığı və yeni düşüncəsi ilə yanaşı, eyni zamanda ənənəvi cəmiyyətin istəklərini, hətta stereotiplərini yaxşı anlamaq və bu stereotiplərə belə adekvat olmağı bacarmaqdır.
***
Bu, bir prosesdir. Açıq cəmiyyətlər bütün dəyişikliklərdə uğur qədər uğursuzluğu, doğru qədər yanlışları da təbii qarşılaya bilir. Yaxşı olan odur ki, islahat prosesi başlayıb, cəmiyyət yenilənməyə həvəslidir, onun fikrini ifadə edən mediada da bu yenilik istəyi və əzmi var…
Xəbərin oxunma sayı : 493
Analiz
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV