| |
|
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Tarix 11.03.25, 21:24 |
|
Azərbaycan həm Türkiyə, həm də İsrail ilə son dərəcə yaxındır. Bu yaxınlığın verdiyi üstünlük II Qarabağ Müharibəsi zamanı özünü parlaq şəkildə nümayiş etdirdi.
Ancaq Türkiyə ilə İsrail arasında ciddi ziddiyyət var. Bu, Azərbaycan olaraq bizi narahat edir. Misal üçün, İranla İsrail arasındakı münasibətlər Türkiyə İsrail münasibətlərindən qat-qat pisdir. Bu da Azərbaycanda müəyyən narahatlıq yaradır. Ancaq bu narahatlığın ciddilik əmsalı kəskin şəkildə aşağıdır. Niyə? Çünki İran həmişə Ermənistanın yanında olub. Görünən və görünməyən vasitələrlə Azərbaycanı dövlət kimi məhv etməyə çalışıb. İran Azərbaycan İsrail ilə dost olmamışdan Ermənistanın yanında yer alıb. İndi bəziləri ortaya belə bir arqument atıb ki, Azərbaycan İsrail ilə sıx münasibətdə olduğuna görə İran Ermənistana dəstək verir. Guya İsrail olmasaydı İran Azərbaycanın yanında olacaqdı. Əlbəttə, bu, uydurma söhbətdir.
Azərbaycan Türkiyə ilə İsrail arasındakı ziddiyyətlərdəki iti bucaqları hamarlamağa, ən azı ortadakı gərginliyi yumşaltmağa çalışan vasitəçi rolunda böyük işlər görür. Zatən bunu Türkiyə də, İsrail də etiraf edir. Eyni zamanda Azərbaycanın İsrail ilə son dərəcə yaxın olması Türkiyədə bəlli çevrələr tərəfindən o qədər də xoş qarşılanmır. Türkiyədəki bəzi etnik və dini qruplaşmalar Türkiyə-Azərbaycan ittifaqından o qədər də məmnun deyil. Elə Azərbaycanda da Türkiyəyə xor baxan oxşar qruplar var. Ancaq o da faktdır ki, Türkiyədə də, Azərbaycanda da böyük əksəriyyət istər dövlət, istərsə də xalq səviyyəsində “iki dövlət, bir millət” düşüncəsinə söykənir. Və bu bağlılıq min illərin qan yaddaşından gəlir. Aydındır ki, bu iki dövlətin bir çox məsələdə vahid dövlət kimi çıxış etməsi, bu dövlətlər arasındakı təbii vəhdətin təzahürüdür.
Sirr deyil ki, bəzi məsələlərdə Azərbaycanla Türkiyə arasında fikir ayrılığı da var. Məsələn, İranın parçalanması Azərbaycanın bütövləşməsi üçün son dərəcə önəmlidir. Ancaq Türkiyə İrandan ayrıla biləcək kürd nüfuzuna görə İranın parçalanmasına qarşı çıxır. Türkiyə Kosova və yavru vətən Kıprısı müstəqil dövlət kimi tanıyır. Ancaq başı separatizmdən bəlalar çəkmiş Azərbaycan bunu etməkdən çəkinir.
Osmanlı keçmişi olan Türkiyənin Ərəb Dünyası ilə sıx münasibəti var. Azərbaycanın isə Ərəb ölkələri ilə münasibləri yeni formalaşır. Məsələn, 2021-ci ildə Azərbaycan ilə 22 ərəb ölkəsi arasında ticarətin həcmi 801.5 milyon dollar olub. Eyni ildə Azərbaycan İsrailə 898 milyon dollarlıq mal ixrac edib. Hal-hazırda da bu tendensiya müşahidə olunur...
Onu da deyim ki, Azərbaycan İsrail ilə sıx münasibətdə olan yeganə türk dövləti deyil. Məsələn, İsrail çalışır ki, ABŞ Azərbaycanla yanaşı Qazaxıstan və Özbəkistanı da Avraam razılaşmasına daxil etsin.
Türkiyə ilə İsrailin arasındakı münasibətlər niyə gərgindir? Səbəb çoxdur. Əsas məsələ isə Fələstinlə bağlıdır. Qeyd edim ki, Türkiyə Fələstinlə yanaşı İsraili də müstəqil dövlət kimi tanıyır. Azərbaycan da bu mövqedədir.
Düzdür, son vaxtlarda İsrail ilə Türkiyənin maraqları Suriyada da kəsişir. Bu da mövcud gərginliyi bir az da artırır. Ancaq o da bəllidir ki, Türkiyə nə Fələstinə, nə də Suriyaya görə Azərbaycana və ya Qazaxıstan və Özbəkistana qarşı çıxan deyil. Məsələn, Ankara yaxşı bilir ki, İsrailin neftə olan tələbatının ən azı 40 faizi Türkiyə üzərindən Azərbaycandan gəlir. Ancaq Türkiyə bunun qarşısını kəsmir.
1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qəbul olunub. Özü də erməni lobbisinin təşəbbüsü ilə. Təsəvvür edirsizmi, ermənilər Azərbaycan torpaqların işğal edirdi, ABŞ isə işğalçıya dəstək vermək üçün belə bir şərəfsiz addım atdı.
Bəllidir ki, total terror hücumuna məruz qalan ABŞ 2001-ci ildə bu düzəlişi döndurdu. Azərbaycan Əfqanıstanda Talıbına qarşı döyüşən ABŞ-a dəstək verdi. Amerika Əfqanıstandan çıxan kimi yenə ermənilər fəallaşdı və 2023-cü ildə 907-ci düzəliş yenidən qüvvəyə mindi.
İndi İsrail dövlət səviyyəsində 907-ci düzəlişin aradan qaldırılmasına çalışır. İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlıq üçün güclü zəmin yaratmaq məqsədi ilə İsrail ABŞ ilə davamlı müzakirələr aparır. Bu məlumatı İsrail Baş nazirinin ofisi yayıb.
İsrail parlamentində çıxış edən Simon Moşiaşvili bu məsələni müzakirəyə çıxarıb. Bu xəbər İranda həyəcan təbli çalınmasına gətirib çıxardı. Məsələn, İran prezident administrasiyasının orqanı olan “Iran Daily” "Israel’s Growing Footprint in Azerbaijan Raises Red Alert" (İsrailin Azərbaycanda böyüyən ayaq izi (qırmızı həyəcan siqnalı) narahatlıq doğurur) adlı məqalə təqdim edir. Nə yazırlar? İsrail, ABŞ və Azərbaycan arasında dərinləşən strateji əlaqələr, İsrailin Qafqazda mövcudluğunu genişləndirə və İranın regional təsirini zəiflədə bilər. Qəzet Tramp administrasiyasına təqdim edildiyi bildirilən Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (BESA) hesabatlarına istinad edir. Bu hesabatda Azərbaycan Təl-Əviv üçün açar ölkə adlandırılır və "İsrailin regional təhlükəsizliyinin sütunu" kimi təqdim olunur, bu ölkələr arasında kəşfiyyat və enerji sahəsində otuz illik əməkdaşlığa diqqət çəkilir.
BESA-nın hesabatında o da göstərilir ki, ABŞ Qəzzanın yenidən qurulmasında iştirak etmək təklifi ilə, xüsusən də enerji resursları ilə təmin olunmaqla bağlı Azərbaycana yaxınlaşa bilər. Qəzet bu təklifi Avraam razılaşmasını (İbrahim) genişləndirmək və İranın Ərəb Dünyasındakı təsirini sarsıtmaq cəhdi kimi qiymətləndirir.
Məqalədə deyilir ki, rəsmi Tehran bu təkliflərin reallaşmasının ABŞ-ın Bakıya hərbi yardımın genişləndirməsinə səbəb olacağından qorxur. Bunun Azərbaycanın İsrail və ABŞ ilə daha sıx təhlükəsizlik əlaqələrinə yol açacağından da İran ehtiyat edir.
Diqqət edin: İsrail 907-ci düzəlişin aradan qaldırlmasına, Azərbaycanla ABŞ arasında münasibətlərin istiləşməsinə çalışır. Özü də həm hökumət, həm də parlament səviyyəsində. İran isə buna qarşı çıxır. Təbii ki, İsrailin bu addımları Ermənistanın da ürəyincə deyil.
Bəs, ən kritik anda Azərbaycan kimi seçəcək: Türkiyə, yoxsa İsraili?
Görünən odur ki, Türkiyə Azərbaycanı belə bir seçim qarşısında qoymaq fikrində deyil. Elə İsrail də Azərbaycanın Türkiyəyə son dərəcə yaxın olmasının fərqindədir. Ona görə də nə Türkiyə, nə də İsrail Azərbaycanı seçim etməyə təhrik etməyəcək. Bunu əminliklə demək olar. Azərbaycan isə bütün imkanlarını səfərbər edərək Türkiyə ilə İsraili arasında mövcud olan gərginliyi müəyyən çərçivədən kənara çıxmağa qoymayacaq.
Elbəyi Həsənli. Sürix
Xəbərin oxunma sayı : 916
Analiz
Xəbərlər
-
Alena Əliyeva Auitizm Mərkəzində - FOTOLAR
-
Masallının Xallıcallı kəndinin əkin sahələrini su basıb - VİDEO
-
Sabunçuda metal qəbulu məntəqəsinin səs-küyü sakinləri təngə gətirib - VİDEO
-
ABŞ İrana qarşı preventiv hərbi əməliyyatı istisna etmir - Marko Rubio
-
4 881 manat pensiya alır, narazıdır - DSMF-ni məhkəməyə verib
-
Özbəkistandan gətirilən 3 ton araxis məhv edildi - FOTOLAR
-
“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - FOTO
-
Şəmşad Ağaya ağır itki - Həbsdə olan jurnalistin anası dünyasını dəyişib
-
“Növbəti hücum daha pis olacaq” - Tramp yenə İranı hədələdi
-
Aylıq 60 min qazanca ümid edirdi - 300 min manat itirdi
-
Sabah bu ərazidə su kəsiləcək - XƏBƏRDARLIQ
-
“Hadi İnşaat“ “tender kralı“na çevrilir: Bir ildə 3,8 milyon manatlıq sifariş...
-
Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü - VİDEO
-
ABŞ Rusiyadan Venesuelaya gedən yüngül nefti tamamilə əvəz edib - Rubio
-
“Paşa Bank Gürcüstan” nə qədər mənfəət əldə edib? - Gürcüstan banklarının siyahısı
-
Beyləqanda hesabat yığıncağı keçirildi - FOTOLAR
-
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
-
“ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyuruq“ - İran XİN
-
Baş Prokurorluqda kollegiya iclası keçirildi - FOTOLAR
-
Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi təsdiqlədi - FƏRMAN
-
Yarım milyonluq dələduzluq: “Hüquqşünas“ həbs olundu
-
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Arash Estetik“də pozuntu aşkarlandı: Klinika cərimələndi
-
Generalın oğlu istintaqa cəlb olundu - Sevgilisini təhdid etdiyi üçün
-
AYNA sədri Anar Rzayevin fantastik maaşı… - Rəqəm bəlli oldu
-
“Yeni Günəşli, Zabrat, Masazır və Saraya da metro çəkiləcək” - Nazir müavini
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mal-qara “qırmızı qızıl“a çevrilir: Ətin qiyməti yenə bahalaşacaq!
-
İrana qarşı yenidən müharibəyə başlamaq yanlışdır - Hakan Fidan
-
Deputatlar toplanır: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
-
Elm və Təhsil Nazirliyi: Vitrində süni intellekt, içəridə isə klanların savaşı...
-
İcra başçısının sabiq köməkçisi həbs olundu: Nazirlikdə iş vədi
-
Bu məlumatlar ayın 15-dək təqdim edilməlidir - Qaydalarda dəyişiklik
-
“Azərlotoreya” və “Misli” problemi ciddiləşir - Dövlət bizləri bu epidemiyadan qorumağı düşünürmü?
-
Sabirabadda 2025-ci ilin hesabat yığıncağı keçirildi - Fotolar
-
Masallıda pul dəyişmə oyunu: Şöbə müdirinin otağından 880 manat necə oğurlanıb?
-
Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər
-
Gözəllik salonunda tərk edilən uşaqlar: “Anamızı sevirik”-VİDEO
-
İrandan Azərbaycana gətirilən bu məhsullar məhv edildi - Fotolar
-
“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
-
Bolt-da yeni “bazarlıq“ dövrü: “8 AZN verə bilsən, gəlim“
-
Tramp Putinlə çəkdirdiyi şəkli Ağ Evə asdı - FOTO
-
Mənbənin açıqlanması - “Media haqqında“ qanuna dəyişiklik olacaq
-
Azərbaycanda ikinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
-
Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM
-
MİT əməliyyat keçirib - İstanbulda 6 İran casusu həbs olunub
-
Gəncədən Bakıya uzanan dələduzluq: “Falçı Telli“nin fırıldağı üzə çıxdı
-
Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - Yeni detallar açıqlandı
-
Mehdiabaddan “28 May” metrosuna tramvay çəkiləcək - Rəsmi
-
Pensiyalar niyə artımla ödənilmədi? - Səbəbi AÇIQLANDI
-
“İran müharibənin qarşısını alacaq istənilən təşəbbüsü alqışlayır“ - Pezeşkian
-
Bu rayonda 20 kq marixuana aşkarlandı - Narkokuryer saxlanıldı
-
“Azərbaycanla sülh qurulub və ondan etibarlı təhlükəsizlik zəmanəti yoxdur“ - Paşinyan
-
Kürdəmirdə susuz qalan sakinlər: “Baxan yoxdur, dərdimizi kimə deyək?“
-
Maşınında 87 kilo narkotik çıxan sürücü - Necə bəraət aldı?
-
ABŞ-də qar fırtınası: Ölənlərin sayı 45 nəfərə çatıb
-
Treyderlər dolların kəskin ucuzlaşacağına rekord həddə mərc edirlər - “Bloomberg“
-
Yevlaxda qeyri-adi toy: Gəlin məclisə onlayn qoşuldu
-
Azərbaycanda hostel və qonaq evləri üçün yeni standartlar - VİDEO
-
Böyük Qayıdış davam edir - Cəbrayıla növbəti köç karvanı yola salındı
-
“20 il öncə də açıq-saçıq geyinirdim“ - Sevinc Ağaşirinova
-
“Futbolçularım “Liverpul“a qarşı ən yaxşı oyunlarından birini göstərəcəklər“ - Qurban Qurbanov
-
“Aİ Rusiyanın bütün növ enerji daşıyıcılarından imtina edəcək“ - İtkonen
-
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
-
Həmin evə bir ay əvvəl köçübmüş - Saxlanılan təmizlikçidir
-
Xalq artistinin oğlundan Aygün Kazımovaya sürpiriz - VİDEO
-
Avtomobillərin şüşələrini qırıb oğurluq edən şəxs tutuldu - Video
-
“Qurban Qurbanov bunu edib, mən təkrarlaya bilməzdim” - Arne Slot
-
“İrəvan və Bakı bu barədə də razılığa gəliblər....“ - Erməni nazir
-
Narkotik tranziti və kiber cinayətlər:Bakıda saxlanılan rusların işi..
-
Daş karxanasında bədbəxt hadisə - Ölən var
-
Yanğında meyiti tapılan kişi qətlə yetirilib? - Saxlanılan var
-
Açıq şəkildə satılan kələm turşusunda bu qatqı aşkarlandı - VİDEO
-
Masazırda təhlükə saçan bitişik evlər - İcra hakimiyyəti icazə verib?
-
Rezidenturanı bitirənlərin nəzərinə: Vakant yerlər açıqlandı
-
Trampın reytinqi rekord səviyyədə aşağı düşüb - Yeni sorğu
-
Prezident nazir müavinini işdən çıxardı - SƏRƏNCAM
-
Nazir direktoru vəzifədən azad etdi - Yeni təyinat
-
Evdən 51 min manat oğurlandı - Qohum qadın saxlanıldı
-
Polisdən əməliyyat - 36 kq narkotik aşkarlandı (VİDEO)
-
İki yeni nazir müavini təyin olundu - SƏRƏNCAM
-
Sabah rayonlara qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Nazir məşhur müğənninin qızını işdən çıxardı - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını niyə açıqlamır? - Gəlirlərdə kəskin azalma iddiası
-
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - “Dezinformasiya yayırlar“
-
Myanma və Madaqaskardan Azərbaycana qaragöz lobya gətirilir - Qiymətlər
-
“Ən çətin siyasi məsələlər müzakirə olunur...” - Zelenski
-
Nazirin oğlu Bakda 3 405 kv.metrlik obyekt tikdirdi - Böyük İpək yolunda...
-
Tikintiyə icazə ilə bağlı qaydalarda dəyişiklik edildi - QƏRAR
-
Generalın oğlu iddialara aydınlıq gətirdi - Həmin mesajları paylaşdı
-
Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Vəzifəsi ona tapşırıldı (FOTO)
-
Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər - STASTİKA
-
Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR
-
Bakıda film kimi cinayət: Lombarda qoyulan “iPhone“lar saxta çıxdı
-
Azərbaycanda bank aktivlərinin yarıdan çoxu 3 bankın payına düşüb - Tam siyahı
-
Pediatrik onkoloji xidmətləri icbari tibbi sığorta qarşılayacaq - Açıqlama
-
“Met-Ak“ gömrük qaydalarını pozub - Cərimə olundu
-
“Qarabağ” “pley-off”a çıxsa, kiminlə qarşılaşacaq? - Püşkün sadə izahı
-
Azərbaycanda bu ölkədən 714 baş inək alıb - Biri 8658 manata
-
Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi - FOTOLAR
-
Hikmət Hacıyevin adından yayılan video reallığı əks etdirmir - MEDIA
-
Nazirlərlə bu tarixlərdə görüşə bilərsiniz - Cədvəl
-
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub - SƏNƏD
-
Çin ordusunda təmizləmə: ABŞ səfiri gizli məqsədi açıqlayıb
-
Azərbaycan valyuta ehtiyatları nə qədərdir? - Rəqəmlər açıqlandı
-
Nərimanov rayonunda MTK binanın həyətini zəbt edib? - Sakinlərdən şikayət
-
Rusiya Suriyanın şimal-şərqini tərk edir - Qamışlı aerodromu hökumətə təhvil verilir
-
Min nəfər əhalisi olan kənd asfalt üzünə həsrət qalıb: “Nə təcili yardım gəlir, nə taksi“
-
Xətai sakinləri çıxılmaz vəziyyətdə: “Görmürlər ki, nə gündədir?!“
-
DTX səfirliyə terror hücumunun qarşısını alıb - XÜSUSİ ƏMƏLİYYAT
-
Kriptobirjada son durum - “Bitcoin“ yenidən bahalaşıb
-
Nərimanov rayonunda yerləşən obyektdə yanğın olub - VİDEO
-
Bu gündən məktəblərin qış tətili başlayır - 5 günlük
-
“İran yaxınlığında böyük bir ordumuz var“ - Tramp
-
“Meta” “TikTok” və “YouTube”u məhkəməyə verdi - Buna görə
-
Böyük Qayıdış davam edir - Zəngilana növbəti köç karvanı yola salınıb
-
Space TV-də gərginlik - “Götürmür, cəhənnəmə götürsün“ (VİDEO)
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Məhkəmə sədrinin oğlu arvadını bıçaqladı - Sonra özünü binadan atdı
TOP 10
ARXİV






