| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Putinin Bakıdan istədiyi 11 cinayətkar - Bəs 38 günahsız?
Tarix 02.01.26, 16:53 |
|
Ötən ilin son günlərində – dekabrın 29-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə keçirdiyi görüş bir daha Moskvanın Cənubi Qafqaza və xüsusilə Bakıya münasibətdə dəyişməz hegemon düşüncə tərzini ortaya qoydu. Görüşün əsas müzakirə mövzularından biri Bakıda saxlanılan 11 Rusiya vətəndaşı oldu. Sonradan Qaluzin Azərbaycanın mülki təyyarəsi ilə bağlı verilən vədlərə “sədaqət” nümayiş etdirməyə çalışsa da, faktiki addımlar Kremlin ənənəvi davranışından imtina etmədiyini göstərir.
Məsələ ondadır ki, Azərbaycanın mülki təyyarəsinin vurulması kimi son dərəcə ağır, beynəlxalq hüquq baxımından ciddi nəticələr doğuran hadisə ilə bağlı Rusiya tərəfi indiyədək konkret hüquqi-siyasi addımlar atmayıb. Hadisədə 38 günahsız insanın həyatını itirməsinə baxmayaraq, cinayət məsuliyyəti daşıyan şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması gündəmə gətirilmir. Əvəzində Moskva bütün diqqəti yalnız öz vətəndaşlarının azadlığa buraxılmasına yönəldir.
Eyni zamanda, Rusiyada saxlanılan yüzlərlə Azərbaycan vətəndaşının hüquqları, onların hansı şəraitdə tutulduğu və hansı əsaslarla ittiham edildiyi isə müzakirə mövzusu belə olmur. Bu, nə diplomatik etikaya, nə də bərabərhüquqlu dövlətlərarası münasibətlər anlayışına uyğun gəlir.
Seçici yanaşma açıq şəkildə göstərir ki, Moskva hələ də tərəfdaşlıq deyil, tabeçilik məntiqindən çıxış edir.
Üstəlik, Qaluzinin israrla tələb etdiyi həmin 11 Rusiya vətəndaşı adi “günahsızlar” deyil. Onlar onlayn narkotik satışı və kibercinayətkarlıq kimi ağır ittihamlarla saxlanılıb.
Rusiya bu cinayətlərə görə Bakının hüquq-mühafizə orqanlarının apardığı istintaqı və hüquqi prosedurları görməzdən gəlir, lakin 38 insanın ölümünə səbəb olan hadisədə məsuliyyəti üzərinə götürməkdən yayınır.

Nəticə etibarilə, Qaluzinin açıqlamaları və Kremlin davranışı Rusiyanın regionda hələ də bərabərhüquqlu tərəfdaşlıq modelinə keçmədiyini, sovetdənqalma siyasi reflekslərin davam etdiyini göstərir. Bu isə Azərbaycan cəmiyyətində haqlı suallar doğurur: Moskva bu ikili standartları nə qədər davam etdirə biləcək?
2026-cı il bu baxımdan həlledici ola bilər. Bəlkə də məhz bu il Rusiyanın Cənubi Qafqazda “toxunulmazlıq sindromu”nun və hegemon iddialarının tilsimi qırılacaq. Əks halda, Putinin Bakıya ünvanladığı “11 cinayətkar” tələbi tarixdə 38 günahsız insanın taleyinə biganəliyin rəmzi kimi qalacaq.

Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Hikmət Babaoğlu bildirib ki, Rusiya-Azərbaycan münasibətlərində 1 ildən çoxdur gərginlik davam edir.
Onun sözlərinə görə, bu gərginliyin əsas səbəbi Rusiya hava məkanında Azərbaycana aid mülki təyyarənin vurulmasıdır: “Doğrudur, bu gərginliyin azaldılması üçün Rusiya müəyyən dövrlər vədlər verir. Düşənbədə Vladimir Putinin Prezident İlham Əliyevlə son görüşündən sonra problemin arxada qalacağı ilə bağlı təsəvvürlər yarandı. Ancaq təəssüf ki, hələ də Putinin siyasi bəyanatı hüquqi müstəvidə və dövlətlərarası münasibətlərdə öz əksini tapmayıb. Bunun səbəbi çoxdur: Azərbaycanın tələbləri beynəlxalq hüquqa uyğundur və bu cinayəti törədənlərin məuliyyətə cəlb edilməsi tələb edilir. Bu, çox vacibdir.
Digər məsələ isə AZAL şirkətinə və zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsinin vacibliyidir. Bu kontekstdə Rusiya təəssüf ki, yenə hüquqi dövlət kimi deyil, bir imperiya kimi davrandı. Cinayətlə müşahidə edilən hadisəni ört-basdır etmək üçün Rusiyada yaşayan və Rusiya vətəndaşları olan, eyni zamanda miqrant kimi orada yaşayan azərbaycanlıları bu prosesdə alət kimi istifadə etməyə cəhd etdi. Təbii ki, Azərbaycan da alternativ cavablar axtarmaq məcburiyyətində oldu. Bəlli oldu ki, Azərbaycanda da qanunlarımızı pozan xeyli sayda Rusiya vətəndaşı var. Onlar hüquqi müstəvidə cəzalandırıldılar”.
Deputat vurğulayıb ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı anlaşma naminə müəyyən məsələlərdə razılığa gəlinir və Azərbaycan bu addıma da hazır oldu: “Çox təəsüf ki, Rusiya eyni cür davranmadı, alternativ addımlar atmadı. İndi isə Rusiya daha da aqressivləşib. Gərginliyi bundan sonra da uzatmaqda maraqlı görünür. Mixail Qaluzinin son bəyanatında da biz buna şahidlik etdik. Rusiya gərginliyin bitməsini istəmir və bu onun imperiya maraqlarından irəli gəlir. O, gərginliyi saxlamaqla Azərbaycanın 2023-cü ildən sonra yaratdığı reallıqları qəbul etmədiyini göstərir. Hər dəfə Tramp marşrutundan və ya Zəngəzur dəhlizindən danışılan zaman Rusiya mövqe sərgiləmir və atılacaq addımları gözlədiyini bildirir.
Əslində isə Rusiya Cənubi Qafqaza qayıtmaq üçün bəhanə axtarır. Məqsədi Ukraynadakı müharibəni lehinə həll edib, yenidən Qafqazla məşğul olmaqdır. Buna görə də gərginliyin azalmasını istəmir və tarixi fürsət gözləyir ki, Qafqaza qayıdış imkanı əldə etsin”.
Xəbərin oxunma sayı : 1066
Analiz
Xəbərlər
-
İş zamanı xəsarət aldı - Təyin olunan kompensasiya ödənilmədi
-
Qlobal şəhər gündəliyinin gələcək konturları Azərbaycanda formalaşdırılır - Hikmət Hacıyev
-
Azərbaycanda avtomobillərin təkrar ixracı niyə aktual deyil? - VİDEO
-
Pentaqon İrana mümkün zərbələr endirmək üçün planlar hazırlayıb - CNN
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar
-
Mənzil bazarında yenidən bahalaşma - VİDEO
-
“Maya bacı”, “Rus Əhməd” və “Qədir” - Məşhur obrazların naməlum müəllifləri
-
Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər… - Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova ağır ittihamlar
-
ABŞ Polşadan qoşunlarını çıxarır? - Varşava real vəziyyəti açıqladı
-
İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTOLAR
-
Magistral yollarda görünüş məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
-
ABŞ da İrana 5 şərt irəli sürüb - Danışıqların davam etdirilməsi üçün
-
Bolqarıstan Prezidenti Azərbaycanda - FOTOLAR
-
Elektromobil bazarında geriləmə - Ekspertlər səbəbləri açıqladı
-
Magistraturaya qəbul imtahanı keçirildi - 1 nəfərdə telefon aşkarlandı
-
WUF13-də nazirlər səviyyəsində görüş keçirildi - Foto-Video
-
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
-
Çin Tramp və Si danışıqlarından sonra faktiki qalib oldu - “Reuters“
-
Deputat və oğlu: Milyonluq tender ovçuları...
-
Aleksandar Vuçiç Azərbaycana gəldi - FOTOLAR
-
Sabirabadda zəncirvari qəza: 3 nəfər öldü, 7 nəfər yaralandı
-
Prezident Deryageldi Orazovu qəbul etdi - FOTO
-
Azərbaycana təkcə bu ölkə səs veribmiş - FOTO
-
Rusiya Ukraynaya zərbə endirdi - Xəsarət alanlar var
-
Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər
-
Azərbaycada “yaşıl sahələr“ 13 faizdən təxminən 38 faizə yüksəlib - Anar Quliyev
-
“Makron Avropa İttifaqına rəhbərlik edə bilər“ - Robert Fitso
-
İlham Əliyev Esvatini Kralı ilə görüşdü - FOTOLAR
-
Bolqarıstan “Avroviziya 2026”nın qalibioldu - VİDEO
-
Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - FOTOLAR
-
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
-
Kredit kartlarına maraq niyə azalır? - ARAŞDIRMA
-
Ov qadağası balıq bazarına necə təsir edir? - VİDEO
-
Müəllimlərin sertifikatlaşdırılması prosesi - İmtahan tarixi açıqlandı
-
“Avroviziya-2026” mahnı müsabiqəsinin finalı başlayıb - VİDEO
-
“WUF13Azerbaijan“: Bakı foruma hazırdır - VİDEO
-
Makqreqor UFC-yə qayıdır: Tarix və rəqib bəlli oldu
-
Əşrəf Səfərov yenə DOST-a ofis icarəyə verdi - Bu dəfə aylıq 55 min manata
-
Avtomobil sığortası ilə bağlı yeni qaydalar tətbiq edilir - VİDEO
-
Metronun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO
-
Oğuz sakinləri örüş sahəsinin zəbt olunduğunu iddia edirlər - VİDEO
-
Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər - CNN
-
Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO
-
“Mənim xəbərim olmadan evim satılıb“ - ŞİKAYƏT/ VİDEO
-
Afiyəddin İsgəndərov direktor müavini təyin edildi - Yeni təyinat
-
“Rusiyaya qarşı “uzaqmənzilli sanksiyalar“ gücləndiriləcək“ - Zelenski
-
“Məndə adları var, amma açıqlamaq düz çıxmaz” - Qurban Qurbanov
-
Azərbaycanda bu il bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Böyük Qayıdışın növbəti ünvanı: Ağdərənin Aşağı Oratağ kəndinə köç oldu
-
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
-
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - FOTOLAR
-
MİT əməliyyat keçirdi - Casusluq edən 7 nəfər həbs olundu
-
Starmer könüllü istefa verə bilər - “The Daily Telegraph”
-
Bu ölkədə güclü zəlzələ təhlükəsi: Əhaliyə xəbərdarlıq edildi
-
İliyana Yotova Azərbaycana səfər edib - Liderlər Sammitində iştirak etmək üçün
-
Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır - İlham Əliyev
-
Bölgələrdə samovar çayının qiyməti 50 manata qalxdı - VİDEO
-
Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər - Ərdoğan
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Qarabağ“ isveçli hücumçunu transfer edir - Danışıqlar son mərhələdə
-
Xırdalanda daha bir qanunsuz tikinti - Əlavə 2 mərtəbə də artırılır (VİDEO)
-
Avtomobil bazarında kəskin bahalaşma - QİYMƏTLƏR
-
182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçdi - WUF13
-
Böyük Qayıdış davam edir:18 ailə Şükürbəyliyə qayıtdı
-
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - FOTO
-
NATO-nu İsveçrə saatları ilə müqayisə etdi - “Bahadır, amma işləyir”
-
Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Kamboca Baş nazirinin müavini Azərbaycana gəldi - WUF13-də iştirak üçün
-
Azərbaycanda gözlənilən yenilik: minimum maaş 700 manat
-
SEPAH Hörmüz boğazından keçidə icazə verir - Yeni protokollar əsasında
-
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
-
Azərbaycan hərbçiləri “EFES-2026“da - VİDEO
-
“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib
-
Metroda zarafat edənlər 200 manat cərimələnəcəklər - VİDEO
-
Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO
-
İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı (FOTOLAR)
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır - XƏBƏRDARLIQ
-
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - “The New York Times“
-
Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
-
Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib
-
“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?
-
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - FOTO/VİDEO
-
“Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır“ - Zelenski
-
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən paylaşım - VİDEO
-
Əcnəbilər Azərbaycandakı otellərdə nə qədər xərcləyiblər? - Ölkələr üzrə siyahı
-
Mövsüm öncəsi bəzi bölgələrdə bir samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO
-
Bakıxanovun oyektlər kralı - Agaclar ya kəsilir, ya da qurudulur...
-
Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək
-
ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır - “Reuters”
-
Əməkhaqqı xərci 1 milyon manatı keçən iqtisadi rayon hotelləri - SİYAHI
-
“Məscidlərdə bayram namazı mayın 27-də qılınacaq“ - QMİ
-
ABŞ İranın münaqişənin həlli ilə bağlı planını rədd etdi - “Mehr”
-
Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
-
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda neçə qadın aliment verir? - Nazirlik açıqladı
-
Ötən il Avropadan 135 min əcnəbi deportasiya olunub - Ölkələr üzrə siyahı
-
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
-
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul etdi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
-
Prezidentlə həmkarları təməlqoyma mərasimində - FOTOLAR
-
Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında - Fotolar
-
TDT başçılarının Zirvə görüşü - Prezident çıxış etdi
-
“Mən əsasən Bakı metrosundan istifadə edirəm” - AYNA sədri
-
ATU-nun 159 minlik tenderini qazanan “Referans Pharmaceuticals“ kimindir?
-
Prezident İlham Əliyev Zirvə görüşündə - FOTO
-
20 manat kapitalla yarım milyonluq tenderlər qazanmışdı - “ETİBARSIZ“ ELAN EDİLDİ
-
ABŞ–Çin qarşıdurması: Dünya ikiyə bölünür? - TƏHLİL
-
Prezident həmkarları ilə Türküstanı gəzdi - FOTOLAR
-
Fənn müsabiqələrində keçid balları etiraz yaratdı - Qurum açıqlama yaydı
-
“Qəsəbələrə metro açılsa, şəhər mərkəzi iflic ola bilər” - Metropolitenin sədri
-
Nazirlik Rasim Rzayevdən ofis icarəyə götürüb - 365 min manata
-
Pakistan yeni “Fatah-4“ raketini sınaqdan keçirib - Hansı üstünlükləri var? + VİDEO
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistanla münasibətlər müttəfiqlik xarakteri daşıyır, lakin...“ - Lavrov
TOP 10
ARXİV






