Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər - CNN

Tarix 16.05.26, 21:11

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidentinin Administrasiyasında İrana münasibətdə gələcək addımlarla bağlı ciddi fikir ayrılıqları mövcuddur.

"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, məmurların bir qismi, o cümlədən Pentaqon nümayəndələri daha aqressiv yanaşmanın tərəfdarıdırlar.

Digərləri isə əksinə, diplomatik kursun davam etdirilməsində israrlıdırlar.

Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son həftələrdə birbaşa danışıqların və iqtisadi təzyiqin vəhdətinin İranı razılaşmaya sövq edəcəyinə ümid edərək məhz diplomatik varianta meyllənib. Lakin apreldə atəşkəs elan olunandan bəri Tehran öz mövqeyini demək olar ki, dəyişməyib.

Mənbələr bildiriblər ki, İranın öz sərt mövqeyini yumşaltmaq istəməməsi səbəbindən Tramp getdikcə səbirsizləşir. Neft və qaz qiymətlərinin kəskin şəkildə artmasına səbəb olan Hörmüz boğazının bağlı qalması, eləcə də İran rəhbərliyi daxilində danışıqları çətinləşdirən fikir ayrılıqları onu xüsusilə qıcıqlandırır.

"Aralıq seçkilərin yaxınlaşması fonunda Donald Trampın ətrafında münaqişədən mümkün qədər tez çıxış yolu tapmaqla bağlı narahatlıq artır. Amerikalıların qiymət artımı ilə bağlı təzyiq hiss etməsi səbəbindən müharibə prezidentin reytinqlərinə mənfi təsir göstərib", - telekanal qeyd edib.

CNN həmçinin vurğulayıb ki, ABŞ-nin iri biznes nümayəndələri də Yaxın Şərqdəki münaqişənin tezliklə nizamlanmasını tələb edərək Ağ Evə fəal şəkildə təzyiq göstərirlər.



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap