| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Elektromobil bazarında geriləmə - Ekspertlər səbəbləri açıqladı
Tarix 17.05.26, 16:00 |
|
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 339 milyon 631 min dollar dəyərində 15 351 ədəd avtomobil idxal olunub. Ötən ilin, yəni 2025-ci ilin eyni dövrü ilə müqayisə etdikdə aydın olur ki, ölkəyə idxal olunan avtomobillərin sayında 33,1% və ya 7 585 ədəd azalma var. İndi ən çox diqqət çəkən məqam bir müddət əvvəl bazarda böyük ajiotaj yaradan elektrik mühərrikli avtomobillərin gələcək taleyidir.
Hesabat dövründə ölkəyə dəyəri 7 milyon 898 min dollar olan elektromobil gətirilsə də, illik müqayisədə bu seqmentdə də say baxımından 30,1% (129 ədəd) azalma qeydə alınıb. Görünən odur ki, Azərbaycanda elektromobillərə olan kütləvi maraq sürətlə səngiyir. Bəs gördüyümüz bu mənzərə sadəcə müvəqqəti bir durğunluqdur, yoxsa uzunmüddətli və qalıcı bir trendin başlanğıcı?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Ən həlledici amil infrastrukturla bağlıdır
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərovun sözlərinə görə, elektromobillərə olan marağın azalmasının arxasında dayanan ən başlıca və həlledici amil birmənalı olaraq infrastrukturla bağlıdır. Hazırda ölkəmizdə elektromobillər üçün həyati əhəmiyyət daşıyan enerji doldurma məntəqələrinin azlığı və sistemli şəkildə paylanmaması ən böyük problemdir:
"Mövcud stansiyaların coğrafiyasına nəzər saldıqda aydın görünür ki, enerji doldurma məntəqələri əsasən Bakı şəhərində və Abşeron yarımadasında cəmləşib. Paytaxt daxilində gündəlik istifadə üçün bu infrastruktur qismən yetərli olsa da, məsələ digər şəhərlərə və bölgələrə səfər etməyə gəldikdə mənzərə dəyişir. Digər şəhərlərdə, ucqar bölgələrdə enerji doldurma stansiyalarının sayı barmaqla sayılacaq qədər azdır. Daha böyük problem isə ondan ibarətdir ki, hətta mövcud olan bəzi stansiyalarda belə zaman-zaman elektrik enerjisi ilə təminatda qırılmalar yaşanır, stansiyalar işlək vəziyyətdə olmur. Bütün bu amillər sürücülərdə psixoloji bir gərginlik - yolda qalmaq qorxusu yaradır".
E.Cəfərov bildirib ki, bazardakı durğunluğa səbəb olan digər ən güclü amil birbaşa qiymət siyasəti və dövlətin tənzimləyici tədbirləridir:
"Əvvəlki dövrlərdə xüsusi vergi və gömrük güzəştləri tətbiq olunmuşdu. Bu güzəştlər sayəsində elektromobillər bir çox rüsumlardan və ödənişlərdən azad edilmişdi ki, bu da onları alıcılar üçün maliyyə baxımından son dərəcə cəlbedici, rəqabətədavamlı və əlçatan edirdi. Lakin güzəştlərin müddəti başa çatıb. Bununla da avtomobillərin qiymətləri avtomatik olaraq əvvəlki səviyyələrinə qayıtdı. Qiymət üstünlüyünün aradan qalxması istehlakçıların qərarlarına anında təsir göstərdi. Bu da öz növbəsində həm idxal həcmində, həm də daxili satışlarda yavaşlama ilə nəticələndi".
"Bu trend uzunmüddətli və ya qalıcı deyil"
Mütəxəssisin fikrincə, ikinci əl avtomobil bazarında elektrik mühərrikli maşınlara tələb tam olaraq itməyib. Baxmayaraq ki, əvvəlki dövrlərə nisbətən bu tələb də azalıb, lakin ölkədə işlənmiş elektromobillərin alqı-satqısı hələ də davam edir:
"Qiymət dinamikasında da hər hansı kəskin dəyişiklik müşahidə edilmir. Bunun əsas səbəbi daxili bazarda ikinci əl elektrik mühərrikli avtomobillərin ümumi sayının olduqca az olmasıdır. Təklifin məhdud olması səbəbindən, ümumi marağın azalmasının işlənmiş avtomobillərin qiymətinə təsiri də yalnız minimal səviyyədədir. Yəni, bazarda elektromobillərə marağın azalması o demək deyil ki, mövcud ikinci əl maşınların qiyməti kəskin şəkildə yüksələcək və ya panika nəticəsində kəskin şəkildə enəcək. Mövcud məhdud say və xüsusi alıcı kütləsi sayəsində bu seqmentdə qiymətlər əsasən sabit olaraq qalmağa davam edəcək".
E.Cəfərov qeyd edib ki, yaranmış maneələrə və bazardakı mövcud passivliyə rəğmən, bu trend uzunmüddətli və ya qalıcı deyil. Əksinə, yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır:
"Çünki problemin fundamental həlli yolları aydındır və zamanla həllini tapacaq. Gələcəkdə həm dövlət proqramları, həm də özəl sektorun investisiyaları hesabına enerji doldurma məntəqələrinin sayı artdıqca elektromobillərə olan yanaşma da dəyişəcək. Bugünkü durğunluq yalnız bazarın yeni mərhələyə və daha mükəmməl infrastruktura hazırlıq prosesidir".
"Artıq təklif" bazar tərəfindən tədricən həzm edilir
İqtisadçı Asif İbrahimli isə düşünür ki¸ hazırda bazardakı vəziyyətə təsir edən ən mühüm amil vergi və gömrük siyasətidir. Elektromobillərin idxalı və satışı üzrə mövcud güzəştlərin ləğvi ilə bağlı qərar qüvvəyə minməzdən əvvəl bazarda ciddi bir təşviş və hərəkətlilik yaşandı:
"Gələcək qiymət artımından sığortalanmaq istəyən idxalçılar tərəfindən qısa müddət ərzində ölkəyə çox sayda avtomobil gətirildi. Bu kütləvi idxal dalğası bazarda təklifin süni şəkildə artmasına, dilerlərin anbarlarının və satış portfellərinin dolmasına səbəb oldu. Məhz bu səbəbdən, idxalın kəskin azalması əslində bazarın çökməsi və ya tələbatın tamamilə yoxa çıxması deyil. Bu, əvvəlki dövrdə formalaşmış nəhəng "artıq təklif"in bazar tərəfindən tədricən həzm edilməsi prosesidir".
"Elektrikli nəqliyyat vasitələrinə maraq yenidən artacaq"
A.İbrahimlinin sözlərinə görə, elektromobillərin istismarı ilə bağlı bəzi fundamental suallar da alıcı davranışında ehtiyatlılığı artırır:
"Xüsusilə batareyanın istismar müddəti və deqradasiyası, ölkədə ixtisaslaşmış servis imkanlarının tam formalaşmaması və ikinci əl bazarda bu avtomobillərin likvidliyi (asanlıqla satıla bilməsi) ilə bağlı narahatlıqlar potensial alıcıları ənənəvi mühərrikli maşınlara doğru geri çəkir. İkinci əl avtomobil bazarına gəldikdə isə vəziyyət fərqli bir rəng alır. İkinci əl elektrikli avtomobillərə tələbat tam olaraq itməyib, lakin əvvəlki kütləvi xarakterini itirərək daha spesifik və seçici bir mahiyyət qazanıb. Düzdür, bazarda bəzi köhnə və ya resursu tükənmiş modellərdə qiymətlərin enməsi müşahidə olunur. Zənnimcə, bu, təbiidir. Lakin texniki göstəriciləri qənaətbəxş olan, xüsusən də batareya vəziyyəti (sağlamlığı) yaxşı səviyyədə qorunmuş avtomobillər bazarda aktiv şəkildə maraq doğurmaqda davam edir və öz dəyərini itirmir".
İqtisadçının fikrincə, mövcud azalma uzunmüddətli mənfi trend kimi qiymətləndirilməməlidir. Qlobal tendensiyalar, dünyanın hər yerində ekoloji tələblərin güclənməsi fonunda elektrikli nəqliyyat vasitələrinə maraq orta və uzun müddətdə mütləq şəkildə yenidən artacaq:
"Azərbaycanda da bu müsbət dinamikanın bərpası qaçılmazdır, lakin bu proses birbaşa olaraq infrastrukturun respublika üzrə genişlənməsindən və dövlət tərəfindən həyata keçirilə biləcək mümkün yeni dəstək tədbirlərindən asılı olacaq".
Xəbərin oxunma sayı : 1090
Sosial
Xəbərlər
-
Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI
-
“AZR Business“in borcu iki dəfə artdı - 2 milyona çatdı
-
1, 3 və 5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - Rəsmi açıqlama
-
Baş nazir Vyetnamın Baş prokuroru ilə görüşdü - FOTO
-
Aqrar Kredit və İnkişaf Agentliyinə əlavə səlahiyyət verildi - Fərman
-
XİN başçıları İstanbul bəyannaməsi imzaladılar - Tam mətn
-
Novxanıda narkobunker aşkarlandı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hava kəskin dəyişir - Leysan olacaq, dolu düşəcək
-
Sabunçu rayonunda 40 yaşlı kişi öldürüldü - Dostu tutuldu
-
Yaxın gələcəkdə Türkiyə ilə əlaqələr normallaşacaq - Mirzoyan
-
NATO Rusiyanın yönləndirdiyi PUA-nı vurdu - Bu ölkənin səmasında
-
Dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri: “Bordo berelilər” ilk dördlükdə
-
Elektron siqaret qadağası: bazarda nə dəyişib?
-
Nazirin özünə təyin etdiyi müşavir Eldar Əzizovun oğlu imiş - DOSYE/FOTO
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - İstanbulda
-
Avtobuslar üçün yeni mübadilə mərkəzi yaradılır - FOTOLAR
-
Yeməkdən tikinti materiallarına: RİH-in 290 min manatlıq sifariş verdiyi müəmmalı şirkət
-
Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər
-
Məktəblərdə TikTok-a giriş bloklanıb - Nazir müavini
-
Ali Məhkəmədən sahibkarlara xəbərdarlıq - Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?
-
Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir - HESABAT
-
Ələsgər Məmmədli, Ruslan İzzətli, Akif Qurbanov... - Prokuror onlara ağır cəza tələb edir
-
Saxta sağlamlıq arayışı verən “General Hospital“ cəzalandırıldı - Rəsmi açıqlama
-
Bu qanunu pozanlar cərimələnəcək - 6 mindən 50 min manatadək
-
Azərbaycan sərhədini pozmağa cəhd etdi – Saxlanıldı
-
Həbsdə olan biznesmenin müsadirə olunan əmlakları - SİYAHI
-
Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır - Paşinyan
-
Avtobusun son dayanacağının yerinin dəyişdirilməsi narazılığa səbəb olub - VİDEO
-
Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq - Tramp
-
Kredit götürmək istəyərkən dələduzluqla üzləşdi - TƏFƏRRÜAT/VİDEO
-
Süd bazarında yeni reallıq: Həm idxal, həm də xərc artıb
-
Pakistanda antiterror əməliyyatı: 27 silahlı şəxs məhv edildi
-
Beyləqanda örüş sahələrinin zəbt olunduğu iddia edilir - VİDEO
-
I və IV qruplar üzrə qəbul imtahanları - Cavablar açıqlandı
-
Söküntü zamanı kompensasiyanın verilməsi mexanizminə yenidən baxılmalıdır - VİDEO
-
Azərbaycanda turistlər hansı problemlərlə üzləşirlər? - VİDEO
-
“İnsanları işlədirlər, pulunu vermirlər“ - Kitab sektorunda qalmaqallı İDDİALAR
-
Taksidə cərimə balı limiti artırılacaq? - VİDEO
-
Vurulan gəmilərdə yaralanan vətəndaşlarımızın vəziyyəti açıqlandı - Rəsmi
-
Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
-
Almaniyada Mertsə etimad çökür: Narazılıq rekord həddə çatdı
-
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət
-
İmtahana “ağıllı” saatla gələn nəzarətçi xaric edildi - DİM
-
“Apple”şirkətindən şok qərar: Milyonlarla iPhone...
-
Bir soyad, iki milli komanda - Qardaşlıq meydanda sınağa çəkiləcək
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
-
Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək - Sabahın havası
-
Milyonlarla kənd sakininə şad xəbər: Evlərə kütləvi “kupça“ verilə bilər
-
Xarici biznes sürətlə Kubanı tərk edir - The Wall Street Journal
-
Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..."
-
Aziz Yıldırım yenidən “Fənərbağça“ prezidenti seçildi - Səkkiz illik fasilədən sonra
-
Nikol Paşinyan səs verdi - Bu dəfə ailəsi ilə deyil
-
“VİP Kredit”, “Avto Kredit”, “Avto Zirvə“ - Qanunsuz lizinq, yüksək faiz (VİDEO)
-
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə getmək mümkündür? - Yeni marşrutlar
-
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
-
“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar
-
Ermənistanda parlament seçkiləri - Səsvermə başlayıb
-
Azərbaycanda "Son zəng" neçəyə başa gəlir? - Araşdırma
-
Saray məktəbində şagirdə qarşı zorakılıq iddiası: Uşağın xəsarət aldığı gizlədilib?
-
Taksidə cərimə balı limiti artırılacaq? - VİDEO
-
Hindistana qarşı yeni geosiyasi cəbhə? - Çin-Pakistan ittifaqı
-
Kommunal xərcləri vaxtında ödəsə də lift kartı bloklandı - VİDEO
-
Bakıda maşınlar binanın üstündə drift etdi - Polis saxladı
-
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
-
Azərbaycanda kirayə mənzillər bahalaşacaq - SƏBƏB
-
Süd niyə bahalaşır? - Rəqəmlər diqqət çəkdi
-
Bir gecədə hər şey məhv oldu: Xaçmaz sakini fəryad edir - VİDEO
-
ABŞ-dan Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb
-
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
-
“Mənzil sökülüb, bizə kompensasiya verilməyib“ - VİDEO
-
“4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Xırdalanda yollar bərbad vəziyyətdədir: Sakinlərdən narazılıq
-
Məcnun Məmmədov İstanbulda yüksək səviyyəli toplantıda çıxış etdi - Fotolar
-
Vurulan gəmidə xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmiİ MƏLUMAT
-
“Real” Kvaratsxeliya üçün 150 milyon avro ödəyə bilər - Danışıqlar başladı
-
Məşhur ukraynalı müğənni Bakıda kimin toyunda iştirak edib? - VİDEO
-
Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Hər ikisi saxlanıldı
-
ABŞ-la İran arasında Körfəzdə qarşılıqlı atışmalar davam edir - BBC
-
Ömər aşırımında iki hərbçi dərəyə düşdü - Biri həlak oldu
-
İlon Mask 80% super dahi, 20% problemlidir - Donald Tramp
-
Azərbaycana turist axını niyə qırılır? - Statistikada ciddi eniş
-
CNN nə üçün Azərbaycanla bağlı qərəzli, yalan məlumat yaydı? - Detallar
-
Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi
-
Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - Sabahın havası
-
Azərbaycanda bank rəhbərləri nə qədər qazanır? - İllik 20 milyonu keçir...
-
Sadıq Sadıqov canına hansı blogerə görə qıyıb? - ŞOK DETALLAR
-
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir - “Politico”
-
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır
-
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
-
“Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar“ - VİDEO
-
Bakıda bu ərazilər söküləcək - Nə qədər kompensasiya veriləcək?
-
Azərbaycanda “od tutan” təhsil haqları - ÇAĞIRIŞ
-
Elektron siqaret qadağası: bazarda nə dəyişib?
-
Meyvə-tərəvəz niyə ucuzlaşmır? - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı - “Qara qızıl“ 100 dollara satılır
-
Türkiyənin balıqçı gəmisinə hücum edilib - Ölən və yaralananlar var
-
Sosial şəbəkələrdə təhlükəsizlik: Qaydaları pozanları 50 min manatadək cərimə gözləyir
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Asfaltın ortasından çıxan dəmirlər avtomilə ziyan vurub - VİDEO
-
Təhlükəli bakteriya aşkarlanan saç spreyi Azərbaycanda da satılır? - AÇIQLAMA
-
Putin Zelenskinin açıq məktubu haqqında danışdı - “Düzünü desəm...“
-
Əvəz Qocayev işdən çıxarıldı - Prezident Sərəncam verib + DOSYE
-
Kuryerlər ``Wolt-Azərbaycan`` şirkətindən şikayətçidirlər - VİDEO
-
Bu yoldakı keçidin eskalatorları işləmir -VİDEO
-
İrana xəbərdarlıq etdi - “Livan sizin ölkəniz deyil”
-
“Bu iddialar dezinformasiya xarakteri daşıyır” - MEDİA
-
Sosial şəbəkələrdə qeydiyyat - Yeni tələblər müəyyənləşir
-
Bu şəxslər pensiyaya çıxarkən birdəfəlik ödəniş alacaq - Maaşlarının 6 misli həcmində
-
Putin Züleyxanın qızını daha qoruya bilmir - oliqarxlar onun “kəlləsini” istəyirlər
-
Müctəba Xameneidən ilk amnistiya: İranda iki min məhbus əfv edildi
-
Zamin duranlar üçün risklər: “Borcludan geri tələb edə bilər”
-
Baş prokuror Şəmkirdə vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr - Ali Məhkəməyə üz tutdu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nazir Zəngilanda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
-
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV






