| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
Tarix 24.09.25, 20:51 |
|
Türkiyə ilə İsrail arasındakı münasibətlər son dərəcə gərgindir. Ancaq hələ ki bu gərginlik kontrol altındadır, nəzarətdən çıxmayıb. Çıxa bilərmi? Mümkündür və realdır.
Çıxsa nə olacaq? Türkiyə NATO-nun üzvüdür. ABŞ-ın kağız üzərində də olsa müttəfiqdir. ABŞ və NATO İsrail-Türkiyə müharibəsində kimin yanında olacaq? Mən əminəm ki, NATO bu müharibədən kənarda qalacaq. Halbuki Türkiyəni qorumaq NATO-nun üzərinə götürdüyü öhdəliyə daxildir. Ancaq bu öhdəlik İsrail məsələsində keçməyəcək. Və bütün dünya görəcək ki, NATO-nun kollektiv müdafiə ilə bağlı üzərinə götürdüyü öhdəlik boş bir şeydir.
Bu məsələdə bir məqam da var. Son günlərdə bir çox NATO ölkəsi Fələstin dövlətini rəsmən tanıdı. Əgər bu tanıma olmasaydı əminliklə onu da deyə bilərdik ki, NATO öz üzvü olan Türkiyənin yox, məhz “əsas qeyri-NATO müttəfiqi olan” İsrailin yanında yer alacaqdı. Ancaq Böyük Britaniya və Fransa kimi köklü ölkələrin Fələstin dövlətini tanımaşından sonra NATO-nun Türkiyəyə qarşı çıxması böyük biabırçılıq olardı, daha çox “sivilizasiyaların savaşı” anlamına gələrdi...
ABŞ isə İsrailə dəstək verəcək. Bu dəstək hansı səviyyədə olacaq? Təbii ki, ABŞ pərdə arxasından var gücü ilə İsrailə hərbi yardım göstərəcək. Maddi və siyasi dəstəkdə də elə bir məhdudiyyət olmayacaq. Ümumiyyətlə, ABŞ İsraili niyə dəstəkləyir? Bu suala Qərb siyasətçiləri birmənalı cavab verir: Amerika xristian-yəhudi dəyərləri üzərində bərqərar olmuş ölkədir. Bu xristian söhbətində də bir incəlik var. Amerikada xristianların əksəriyyəti evanqelstdir, yəni protestantdir. Protestantlar isə Allahın “yəhudilərə (İsrail oğullarına) vəd etdiyi torpaqlar”ın yəhudilərə verilməsinin tərəfdarıdır. Onlar bunu Allahın hökmü kimi dəyərləndirirlər. O da təsadüfi deyil ki, Donald Tramp tez-tez özünü dünya xristianlarının müdafiəçisi qismində təqdim edir və inanclı xristianların dini hisslərinə istinadən siyasət yürüdür...
Türkiyə İran və ya Qətər deyil. Türkiyənin İslam Dünyasında xüsusi statusu var. İslam Dünyasında mövcud olmuş xəlifəlik institutu uzun müddət türklərin əlində olub. Ona görə də əksər müsəlman ölkəsi, xüsusən Pakistan, Azərbaycan və Qətər... Türkiyəyə mümkün olan və olmayan köməkliyi göstərəcək. Digər müsəlman ölkələri də gec-tez hərəkətə keçəcək. Niyə? Çünki xalq müsəlman ölkələrindəki avtoritar rejimləri buna vadar edəcək. Kimlərsə deyə bilər ki, yox, Amerika buna imkan verməz. Məncə, Amerika İslam Dünyasının ayağa qalxması qarşısında geri çəkilməli olacaq. Çünki İsrail-Türkiyə müharibəsi miqyası və təsir dairəsinin genişliyi ilə əvvəlki müharibələrdən fərqlənəcək.
Təbii ki, İsrail Türkiyə ilə müharibə apara bilməz. Heç İranla da apara bilməzdi? İsrailin üstünlüyü ondadır ki, o, İranın hava məkanını ələ keçirmişdi. Maneəsiz şəkildə, özü də Amerikanın dəstəyi ilə istədiyi yeri bombalayırdı. İsrail Türkiyənin hava məkanında belə bir şey edə bilərmi? Düşünmürəm. Ona görə də İsrailin Türkiyəyə qarşı müharibədə elə bir şansı yoxdur. Yəni İsrailin hava üstünlüyü Türkiyəyə nisbətdə yetərincə olmayacaq.
Türkiyə isə asanlıqla İsraili darmadağın edə bilər. Zatən Türkiyənin hərbi sənayedə son illərdə əldə etdiyi möhtəşəm nəticələr İsraili Türkiyəyə hücum etməkdən çəkindirir. Türklər buna caydırıcılıq deyirlər. Yoxsa yəhudi dövləti çoxdan İstanbulu və Ankaranı bombalamışdı. Ancaq bu, artıq mümkün deyil. Çünki İsraildə havaya qalxan təyyarəni Türkiyə anındaca görür. Aydındır ki, Türkiyəyə doğru hərəkət edən F-35-ləri vurmaq üçün qardaş ölkənin əlində kifayət qədər və fərqli təyinatlara sahib silahlar var. İsrail də bunu bilir. Ona görə İsrail Türkiyəyə hücum etməkdən çəkinir.
İsrail-İran müharibəsi zamanı İran yəhudi dövlətinə ballistik raket hücumları təşkil edib. Və bu hücumlar kifayət qədər dağıdıcı olub. Türkiyənin əlində isə İsraili susdurmaq üçün daha çox imkanlar var...
O da aydındır ki, İsrail ABŞ ilə birlikdə Türkiyənin başının qatmaq üçün Suriyada duruzlardan və PKK-ya bağlı qruplardan yararlanmaq üçün böyük işlər görür. Ancaq Suriyada Türkiyəyə bağlı silahlı qruplar daha çoxdur, bu müstəvidə İsrailin uğur qazanması ağlabatan deyil. Zatən PKK da başa düşür ki, oyun bitib. Geriyə dönüş PKK-ya yaxşı bir şey vəd etmir. Suriyanın yeni hökuməti də Türkiyəyə bağlıdır. Və bu hökumət Qərb ölkələri, o cümlədən ABŞ tərəfindən dəstəklənir.
Türkiyə yeni qurulan Dəməşq hökuməti ilə koordinasiyada Suriyanın Homs əyalətindəki potensial hərbi bazaları və Həma əyalətindəki əsas hava limanınında möhkəmlənməyi planlaşdırıb, İsrail isə həmin əraziləri bombalayıb.

Təl-Əviv belə davam edərsə, Ankara ilə Təl-Əviv arasında qarşıdurma qaçılmaz olacaq. Türkiyə cənub sərhədində qeyri-sabitliyə səbəb olacaq hərəkətlərə göz yuma bilməz.
Hazırda Yaxın Şərqdə hegemonluğa can atan İsraildə anti-Türkiyə kampaniyası gedir. Türkiyə İsrailin əsas düşməni kimi təqdim olunur. Halbuki bir vaxtlar Türkiyə ilə İsrail arasında son dərəcə sıx münasibətlər mövcud olub. Məsələn, PKK-nın qurucusu və lideri Apo kimi tanınan Abdullah Öcalanın 1999-cu ildə həbs olunmasında İsrailin böyük xidmətləri var.
İsrail Qətəri vurduqdan sonra aydın oldu ki, ABŞ-ın yaxın müttəfiqi olan Qətərə rəsmi Vaşinqton elə bir dəstək vermədi. Əksinə, müxtəlif bəhanələrlə İsraili müdafiə etdi. Nəticə o oldu ki, varlı Körfəz Ölkələri başa düşdü ki, onlar da İsrailin hücumuna məruz qalsalar eyni aqibətlə üzləşəcəklər. Ona görə də qısa müddət ərzində Səudiyyə Ərəbistanı Pakistanla hərbi müqavilə imzaladı. Misirlə Türkiyə arasında yaxınlaşma prosesi daha da sürətləndi. Çünki “Böyük İsrail” xəyalına düşən yəhudi dövləti Misiri də təhdid etməkdən çəkinmədi.
Xatırladım ki, “Böyük İsrail” dedikdə sionistlər Misir, Suriya, Livan, İordaniya, Türkiyə, İraq və Fələstin ərazilərini nəzərdə tuturlar. İsrailin Baş naziri Benyamin Netanyahu avqust ayında verdiyi müsahibədə açıq şəkildə deyir ki, Allah bu torpaqları bizə vəd edib və onun missiyası “Böyük İsrail” dövlətini yaratmaqdır.
Əlbəttə, İsraildə hər kəs belə düşünmür. Məsələn, 14 sentyabr 2008-ci ildə İsrailin baş naziri, əvvəllər Likud partiyasından olan Ehud Olmert "Böyük İsrail bitdi. Belə bir şey yoxdur. Kim belə danışırsa, özünü aldadır”, demişdi. Bu kontekstdə onu da demək olar ki, Benyamin Netanyahu özünü aldadır. “Böyük İsrail” düşüncəsi yəhudi dövlətinin gələcəyini təhlükə altına atır. Ən azı ortada Nikol Paşinyan nümunəsi var. Məhz o, erməniləri mifik Ermənistanla vidalaşmağa, real Ermənistana qucaq açmağa inandıra bildi.
Tarixi düşmən 47 il sonra geri çəkildi: qərar Bakıda verilib? - Detallar - Globalinfo.az
Bir şeyi də deyim. Sirr deyil ki, Azərbaycanın İsrail ilə xüsusi münasibəti var. İlham Əliyev bu münasibətləri obrazlı şəkildə aysberqə bənzədib. Yəni görünməyən hissəsi görünən hissəsindən qat-qat böyükdür. Ancaq orası da var ki, Azərbaycan Fələstini müstəqil dövlət kimi 1992-ci ilin 15 aprelində tanıyıb. İki ölkə arasında uzun müddətdir ki, diplomatik münasibətlər mövcuddur. Azərbaycan Fələstini tanıyan 92-ci ölkədir. Müqayisə üçün deyim ki, İran Fələstini tanıyan 84-cü ölkədir. Və bu qərarını 1989-cu ilin 4 fevralında bəyan edib. Yeri gəlmişkən, Türkiyə İrandan da əvvəl Fələstini tanıyıb. Bu sırada Türkiyə 12-ci yerdə gəlir. 1988-ci ilin 15 noyabrında rəsmi Ankara belə bir qərara imza atıb.
Mövzudan bir az kənara çıxsaq da son olaraq onu da deyim ki, Azərbaycan bütün vasitələrlə İsrail-Türkiyə və İsrail-Suriya anlaşmasının əldə olunması üçün vasitəçilik edir. Rəsmi Bakı səylərini indi də davam etdirir. Müəyyən uğurlar da əldə olunub. Təəssüf ki, daha sonra tərəflər əldə olunmuş konsensusdan xeyli uzaqlaşıblar. Ancaq Azərbaycan təkidlə vasitəçilik missiyasını davam etdirməlidir. Yaxın Şərqi bürüyə biləcək müharibə təhlükəsindən xilas etmək üçün bu, son dərəcə böyük bir missiyadır. Azərbaycan münaqişədə olan bütün tərəflərlə xoş münasibətdə olduğuna görə bu missiyanın yerinə yetirilməsində böyük uğur qazana bilər. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişinə ciddi təkan verərdi...
Elbəyi Həsənli (musavat.com)
Xəbərin oxunma sayı : 892
Analiz
Xəbərlər
-
Deputatlar toplanır: hansı qanunlar dəyişəcək?
-
Yer kürəsinin qaranlıq nöqtələri: Elm bu tapmacaları hələ də həll edə bilmir
-
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO
-
Süni intellekt uzun mətnlərdə düşünmə qabiliyyətini itirir - Yeni araşdırma
-
Badamdarda qəbirlərin dağıdılaraq yerində tikinti aparılır - VİDEO
-
Prezident İlham Əliyev və birinci xanım Cəbrayılda - Yeni kəndin açılışı oldu
-
Xamenei yaralansa da, Tehranın hərbi qərarlarında əsas rol oynayır - CNN
-
Suraxanıda polis əməliyyatı - 12 kiloqram narkotik ələ keçirildi
-
Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - FOTO
-
İki sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal: “Söyüş kimi cavab verdilər“
-
“Mexanika“da D hərfi əslində nədir? - Sürücülərin çoxunun düşündüyü kimi deyil
-
Şagirdlərin mübahisəsinə valideynlər qarışdı - Bıçaqlanan var
-
İlham Əliyev və birinci xanım Həzi Aslanovun məzarını ziyarət etdi - FOTO
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
-
Azərbaycanla bərqərar edilmiş sülhü qorumaq bizim əsas məqsədimizdir - Paşinyan
-
Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
-
Azərbaycanın dəmir yolu parkı yenilənir: Son mərhələdə nələr gözlənilir?
-
Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
Instagram istifadəçilərinə pis xəbər - şəxsi mesajlara çıxış mümkün olacaq
-
Məğlubiyyətimizə səbəb Ukraynadakı müharibədir - Viktor Orban
-
Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirildi - SİYAHI
-
Azərbaycan nefti bahalaşdı - Qara qızıl 109 dollara satılır
-
“İran və ABŞ tezliklə bu məsələ ilə bağlı razılığa gələ bilərlər” - “Əl-Ərəbiyyə”
-
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - FOTO
-
At əti qalmaqalı: AQTA-ya, yoxsa restoran sahibinə inanaq?
-
“Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım” - Brilliant Dadaşova
-
Masazırda narkotik satan 13 nəfər saxlanıldı - VİDEO
-
Sürücülərə şad xəbər - Cərimə balları ilə bağlı dəyişiklik təklifi
-
Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlim keçirilib - VİDEO
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Neftçi“ klubuna tətbiq olunan transfer qadağası aradan qaldırıldı - Açıqlama
-
"Vesta Construction" MTK şirkəti eyni mənzili bir neçə nəfərə satdı - VİDEO
-
DİN-də Heydər Əliyevin 103 illiyi ilə bağlı tədbir - VİDEO/FOTOLAR
-
“SAHA Expo 2026”da 8 milyard dollarlıq ticarət həcminə nail olunub - Ərdoğan
-
Azərbaycanda hantavirusa yoluxma var? - RƏSMİ AÇIQLAMA
-
Ödəniş kartları ilə bağlı fırıldaqçılıq 5 dəfə artıb - 3 ayda 1,4 milyon manat çıxarılıb
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTOLAR
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ
-
İTV-nin baş direktoru vəzifəsinə 11 namizəd var - SİYAHI
-
Baş Prokurorluqda Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi - Fotolar
-
Nazirlik tibbi avadanlıq satan şirkətdən laqonda və metrə alır - 2,5 milyonluq sifariş
-
Buraxılış imtahanında 8 nəfər maksimum nəticə göstərib - ADLAR
-
Kinematoqrafçılar İttifaqının qurultayının vaxtı açıqlandı - İki namizəd olacaq
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
-
Sürücülər ən çox bu sığorta şirkətlərindən şikayət edirlər - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
Zelenskidən Moskvaya gedəcək liderlərə xəbərdarlıq: Tövsiyə etmirik
-
ABŞ aviaşirkətlərinin yanacaq xərci bir ayda 56% artdı - “Bloomberg”
-
“14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi” - Açıqlama
-
Beyləqanda Heydər Əliyevin 103 illiyi təntənəli qeyd edildi - Fotolar
-
Almaniya azərbaycanlı ailə ilə bağlı qərar verdi: Uşaqlar qaytarıldı
-
Tanınmış iş adamını şərləyənlərə məhkəmədən şok zərbə - İlginc faktlar...
-
Rusiyanın “1-ci” kanalında Azərbaycana qarşı təxribat - Rəsmi Bakıdan reaksiya
-
Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: “Dolabda dollar “paçka“ları var idi“
-
Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur“un adını dəyişdi - FOTO
-
Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq - Sabahın havası
-
2004-cü ildə pozulmuş nikah - 22 il sonra etibarlı sayıldı
-
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
-
Prezident Roma Papasına məktub göndərdi: “Əminəm ki, ikitərəfli əlaqələrimiz...“
-
Trampdan Aİ-yə gözlənilməz jest - Avtomobil rüsumları 4 iyula qədər təxirə salındı
-
Xüsusi icra məmuru olmaq istəyənlər... - Bu tarixdə test imtahanı olacaq
-
AAYDA gündəmdən düşmür: 500 minlik toy, böyük sərvətlər və traybalizm...
-
Bakıda yeni xətlənmələr sürücülərdə çaşqınlıq yaratdı - VİDEO
-
Şahdağa qar yağır, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
-
İranda raket arsenalının 70%-i məhv edilməyib - “The Washington Post“
-
Ağsu aşırımında sürüşmə - Yolun bir hissəsi bağlandı (Fotolar)
-
288 nömrəli məktəbdə Ulu Öndərin 103 illiyinə həsr olunmuş mərasim keçirilib - FOTO
-
“Dentera Dental Clinic“də pasiyentin başına oyun açdılar - VİDEO
-
“AQTA “at əti“ dedi, restoran rəhbərliyi təkzib etdi: “Bizdə ancaq quzu olur“
-
“Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” - Video
-
Dərnəgül dayanacağı istifadəyə verildi - FOTOLAR
-
Tovuzda otlaq sahələrinin çəpərlənməsindən narazılıq - VİDEO
-
ABŞ və İran arasındakı atəşkəs qüvvədə qalır - Tramp
-
Böyük Qayıdış davam edir - Ağdam və Xocavənd şəhərlərinə növbəti köç
-
Mask bu il rekord məbləğdə vergi ödəyib - 10 milyard...
-
“Real Madrid”in oyunçusu xəstəxanaya aparıldı - Komanda yoldaşı ilə dava edib
-
Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil - Paşinyan
-
Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib - “Əl-Ərəbiyyə”
-
Nazirlik bu işçilərlə bağlı məsələyə müdaxilə etdi - Qərar dəyişdi
-
Ayın 18-dən bütün universitetlərdə tədris distant olur? - Açıqlandı
-
İctimai nəqliyyata heyvanla minənlərin nəzərinə - Cərimə olunacaqsınız
-
Nigeriyada meningit epidemiyası: Onlarla uşaq öldü
-
Anasını bıçaqlayan oğula hökm oxundu: “Evə narkomanlar gətirirdilər“
-
Sumqayıtda yataqxanada yanğın - 12 nəfər təxliyə edildi
-
Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - VİDEO
-
“Ermənistanın “iki stulda oturmaq” cəhdləri Kremldə təəssüf doğurur“ - Putinin köməkçisi
-
Azərbaycanda 200-dən çox ahıl şəxs sosial xidmət müəssisəsində yaşayır - RƏSMİ
-
Ötən il boşanmışdı - 5-ci evliliyə hazırlaşdığı deyilir
-
“MSDIS Holding“də böhran: Vergi borcu 20 milyon manata çatır
-
Paşinyan məzuniyyətə çıxır - 9 May paradına getməyəcək
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Alp Delux“ şadlıq evində ətlərdə at DNT-si aşkarlandı - FOTO
-
Prezident mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüd ayırdı - SİYAHI
-
Qurban Qurbanovun yeni biznesi: Açılışa onlar gəldi
-
Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
-
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
-
Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk - Ölkələrin siyahısı
-
“Azərbaycanın Avropa Parlamenti ilə bağlı qərarına təəccüblənmədik“ - Zaxarova
-
Mahir Abbaszadənin bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon ayırdığı Yasin Dadaşov kimdir? - CƏDVƏL
-
Bu il manatın devalvasiya təhlükəsi var? - Baş bankir cavab verdi
-
“ABŞ İrana yeni nüvə razılaşma çərçivəsi təqdim edib” - Detallar məlum oldu
-
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO
-
“Bank Respublika” qaydaları pozdu - Məcburi sərəncam verildi
-
Apteklərdə saxta dərmanlar satılır? - VİDEO
-
Metronun iş rejimi dəyişdirilir: İnterval artırılır
-
Ucar rayonunda örüş sahələri zəbt edilib - Video
-
Avropa İttifaqı rusiyalılara 620 mindən çox viza verib - Üç ölkə liderdir...
-
Generalın müavini 1 milyonluq mənimsəmədə ittiham edilir - Əmlakları müsadirə oluna bilər
-
Moskvada internet kəsilir: Mayın 9-da ciddi məhdudiyyətlər tətbiq olunacaq
-
Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir - Siyahı
-
Bakının mərkəzi küçələrindən biri bağlanır - XƏBƏRDARLIQ
-
Azərbaycanda vətəndaş da enerji satıb qazana biləcək - DETALLAR
-
İdarə müdiri iclasa gecikdi – Müşavir tərəfindən qapı arxasında saxlanıldı
-
Qəbul imtahanının II mərhələsi üzrə sınaq keçiriləcək - Bu tarixdə
-
ABŞ İrana mümkün zərbə üçün 50 min hərbçini hazırlayıb - “The New York Times”
-
Xətaida şirkət ərazini hasarlayıb, yolun hərəkət hissəsi tutulub - ŞİKAYƏT
-
Bu gün Yeri maqnit qasırğası vuracaq - XƏBƏRDARLIQ
-
Zaqatalada şiddətli yağış elektrik təsərrüfatında ciddi problemlər yaradıb - VİDEO
-
FIFA-dan “Neftçi”yə şok cəza - Transfer qadağası qoydu
-
Bakıda binanın liftlərinin detalları oğurlanıb, sakinlər çətin vəziyyətdə qalıb - VİDEO
TOP 10
ARXİV






