“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Büdcə siyasətində yeni dövr: Nazirlər Kabinetindən mühüm qərar

Tarix 22.06.26, 20:30

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti fiskal dayanıqlığın təmin edilməsi və dövlət maliyyəsinin uzunmüddətli sabitliyinin qorunması məqsədilə "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası"nı təsdiq edib.

AzFakt.com xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu qaydalar büdcə-vergi siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılması və proqnoz xətalarının azaldılmasına xidmət edir. Yeni mexanizmə əsasən, ortamüddətli dövr üçün hədəf göstəriciləri hər dörd ildən bir müəyyən ediləcək.

Qaydalara görə, iki əsas göstərici əsas götürülür:

- Vergi və gömrük güzəştlərinin qeyri-neft-qaz ÜDM-ə nisbəti: Bu göstərici güzəştlərin miqyasını və büdcəyə fiskal təsirini ölçməyə imkan verir.

- Qeyri-neft-qaz gəlirləri üzrə proqnoz və faktiki göstəricilər arasındakı fərq: Bu, büdcə proqnozlaşdırılmasının səmərəliliyini və fiskal intizamı əks etdirir.

Hədəf göstəriciləri Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılaraq hazırlanacaq və növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Milli Məclisə təqdim olunacaq. Hədəflərin icra vəziyyəti barədə hesabatlar isə hər il dövlət büdcəsinin icrası ilə bağlı sənədlərdə əksini tapacaq.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap