“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Azərbaycana fitnes mədəniyyətini mən gətirmişəm” - Pərvin Abıyeva

Tarix 21.06.26, 21:04

Font ölçüsü : - / +
bitmap-img6


Aktrisa Pərvin Abıyeva “Öz aramızda” verilişində fitnes və idmanla bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

AzFakt.com bildirir ki, aktrisa Azərbaycanda qadınlar arasında fitnes və bədən formalaşdırma mədəniyyətinin yayılmasında öz rolunu xüsusi olaraq vurğulayıb:
 
“Azərbaycanda qızlarda fitnes, idman, əzələ formalaşdırmaq mədəniyyətini mən gətirmişəm. Məndən sonra bu daha da geniş yayıldı, mən başlamışam. İdman, fitnes, qarın əzələləri…”
 
Aktrisanın sözlərinə görə, onun ardından bir çox gənc qızlar fitnesə yönəlib və ölkədə fitnes modellərinin sayı artıb:
 
“Məndən sonra çox qızlar, çox xanımlar fitnesə başladı. Bu, mənim üçün sevindirici haldır. Bunu yaxşı mənada deyirəm, öyünmək kimi yox. Amma çox vaxt bunu inkar edirlər, boyunlarına almırlar. Amma reallıq budur".
 
Pərvin Abıyeva eyni zamanda son dövrdə sağlamlıq problemləri səbəbindən idmandan uzaq qaldığını da qeyd edib. O, bir neçə dəfə ayaq əməliyyatı keçirdiyini bildirib:
 
“Sağlamlığımla bağlı son bir ildir, il yarımdır məşq edə bilmirəm. Bir ildə dörd dəfə ayaqdan əməliyyat olduğuma görə hazırda ağır məşqlər edə bilmirəm. Bir az da tənbəlləşmişəm, amma yavaş-yavaş bərpa olunuram". / Musavat.com/
 



Xəbərin oxunma sayı : 103




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap