“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Tuneldə aparılan yeni xətlənmə yolda sıxlığa səbəb olur - VİDEO

Tarix 19.06.26, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yerləşən tuneldə aparılan yeni xətlənmə yolda sıxlığa səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə xətlənmədə edilən dəyişiklik səbəbindən nəqliyyatın hərəkətində ləngimələr yaranır.

Xüsusilə pik saatlarda ərazidə sıxlıq artır və yolda xaotik vəziyyət müşahidə olunur.

Sürücülər də bu zolaqlanmadan narazıdırlar. Onlar deyirlər ki, zolaqlanma əksər sürücülərdə çaşqınlığa səbəb olur. Hətta bəzən qəza şəraiti də yaranır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, əvvəllər "20 Yanvar" dairəsi və Əbdülvahab Salamzadə küçəsi istiqamətindən gələn nəqliyyat vasitələri tuneldən çıxışa doğru 4 zolaqdan 2 zolağa daxil olmaq məcburiyyətində qalırdılar. Bu isə həmin hissədə hərəkət zamanı sıxlığa və qəza vəziyyətlərinin yaranmasına səbəb olurdu. Artıq tunelin həmin hissəsində 3 zolaq çəkilərək müvafiq xətlənmə işləri aparılıb və mövcud problem qismən aradan qaldırılıb. Agentlikdən o da bildirilib ki, edilən dəyişiklikdən sonra yolun buraxıcılıq qabiliyyəti 30% artırıb. Lakin tunelin daxilində darboğaz effekti tunelin quruluşuna görə qalmaqdadır.




Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap