Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?

Tarix 14.10.25, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


Suraxanı rayon Hövsan qəsəbəsi Elman Qasımov küçəsində stadion ərazisində inşa edilən obyektin sənədinin olmadığı iddia edilir. 

Paytaxtın Suraxanı rayon Hövsan qəsəbəsi Elmar Qasımov küçəsində yerləşən stadionda Ticarət Mərkəzi inşa edilir. 

AzFakt.com xəbər verir ki, ərazidə yaşayan vətəndaşların bildirdiklərinə görə tikintini aparanlar onların yollarını tez-tez bağlayır və gediş- gəlişlərinə mane olurlar.Tikinti işlərində fəaliyyət göstərən ağır texnikalar qadağan olunmuş saatlarda belə işləyirlər. 

Stadionun ərazisində ticarət mərkəzi inşa edilir. Bunu tikintiyə rəhbərlik edən Namiq Məmmədov adlı şəxs də təsdiq edir.

Sosial şəbəkələrdə yayılan kadrlara yazılan şərhlərdə isə tikilən ticarət mərkəzinin sənədinin olmadığı iddia edilir. 

Hövsan stadionunda inşa edilən obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında  hər hansı bir məlumata rast gəlinmir. 

Ticarət Mərkəzini inşa etdirən sahibkarın tikinti üçün rəsmi icazə sənədini üzə çıxartmaması isə tikintinin qanunsuz aparıldığına dair şübhələri artırır. 

Xatırladaq ki, Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yerləşən stadionun açılışını 2005-ci ildə Prezident İlham Əliyev edib. 

Stadion 2015-ci ilə qədər fəaliyyət göstərib və ondan sonra istifadəyə yararsız vəziyyətə düşüb. Stadionun hansı səbəbdən istismara yararsız hala düşməsi isə yəqin ki, Gənclər və İdman Nazirliyi daha yaxşı bilir. Necə olub ki, Prezidentin açılışını etdiyi stadion 10 ildən sonra baxımsız hala düşüb? 

Bu məsələdə istər Gənclər və İdman Nazirliyinin, istərsə də Suraxanı icra hakimiyyətinin məsuliyyəti araşdırılmalıdır. İstisna etmək olmaz ki, bəzi işbazların səyləri məticəsində stadion yararsız hala düşüb və həmin işbazlar indi iş başındadırlar.

2023-ci ildə stadion “Yaşıl Mənzərə” MMC tərəfindən icarəyə götürülüb və yarasız bir əraziyə çevrilib. Maraqlıdır ki, stadionu icarəyə verən qurumun adı açıqlanmır.

Bildirilir ki, Hövsan stadionunda Ticarət Mərkəzini yüksək vəzifəli məmura bağlı iş adamı tikdirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsmi icazə sənədi olmayan tikintiyə göz yummaları isə Ticarət Mərkəzinin yüksək vəzifəli məmura bağlı olması iddialarını gücləndirir.

Araşdırmamız davam edir. 

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 2284




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap