“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib - FOTOLAR

Tarix 30.06.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Xaricdə təhsil xidmətləri göstərən “AİD Group” şirkəti tərəfindən aldadıldığını bildirən vətəndaş ona ağır maddi-mənəvi ziyan vurulduğunu, ödədiyi pulu geri ala bilmədiyini bildirib.  

Bu barədə Tribuna.az-a yazan şikayətçi Elvin Bayramzadə bildirib ki, sözügedən şirkətə 2024-cü ildə xaricdə təhsil xidməti üçün müraciət edib və problemlər də bundan sonra başlayıb. O bildirib ki, Almaniya proqramı üçün şirkətlə razılaşıblar və E.Bayramzadə şirkətə ilkin olaraq 1500 AZN ödəniş edib:

“Bir müddət sonra şirkət bu proqramın alınmadığını bəhanə gətirərək məni Amerika proqramına yönləndirdi və məndən əlavə 1700 AZN aldılar. Beləliklə, şirkətə ümumilikdə 3200 AZN ödəniş etdim.

Açıklama yok.

Şirkət nümayəndələri səfirlik prosesində heç bir problemin olmayacağına dair mənə qəti zəmanət versələr də, səfirlikdən rədd cavabı aldım. Bundan sonra isə şirkət müqavilədə nəzərdə tutulmayan əlavə 300 AZN ödəniş tələb etməyə başladı.

Səfirlikdən imtina aldığım eyni ərəfədə azyaşlı qızımın ağır xəstəliklərdən (Tuberoskleroz, Autizm və Epilepsiya) əziyyət çəkdiyini öyrəndim. Mən dərhal şirkətə getdim, yaranmış bu ağır və fors-major durumu, övladımın vəziyyətini onlara bildirdim və ödədiyim vəsaitin geri qaytarılmasını tələb etdim.

Mən hazırda kirayədə yaşayıram. Şirkətə ödədiyim bu 3200 AZN vəsaiti bankdan kredit vasitəsilə götürmüşəm və hər ay banka kredit faizi ödəyərək ciddi maddi itkiyə məruz qalıram. Bir tərəfdən kirayə və kredit öhdəlikləri, digər tərəfdən isə xəstə övladımın həyati vacib müalicə və dərman xərcləri ailəmi çox çətin duruma salıb.

Şirkət rəhbərliyi və şəxsən direktor Nigar xanım mənim bu ağır durumumdan və bu vəsaitin övladımın müalicəsi üçün nə dərəcədə kritik olmasından tam xəbərdardır. Buna baxmayaraq, 2025-ci ilin dekabr ayından bəri müxtəlif bəhanələrlə (“maliyyələşmə yoxdur” və s.) məni yola verir, ödənişimi geri qaytarmırlar. Direktor Nigar xanım görüşlərdən yayınır, rəhbərliklə görüş tələblərim nəticəsiz qalır”.

Açıklama yok.

Şikayətçi şirkətə ödədiyi vəsaitin geri qaytarılmasını tələb edir:

“Sosial vəziyyətimi, hər ay ödədiyim bank kreditini və ən əsası azyaşlı övladımın səhhətini nəzərə alaraq, media qurumlarından bu məsələni ictimailəşdirmələrini, aidiyyəti dövlət orqanlarından isə “AİD Group” şirkəti tərəfindən mənimsənilmiş 3200 AZN vəsaitimin dərhal geri qaytarılmasının təmin edilməsini xahiş edirəm”.

Açıklama yok.

Xatırladaq ki, “AİD Group” şirkətinin təsisçisi və rəhbəri tanınmış aparıcı Nigar Əliyevadır (Fərhad). Sözügedən şirkətlə bağlı mediada və sosial şəbəkələrdə dəfələrlə vətəndaş şikayətləri yer alıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap