“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda kartofun məhsuldarlığı aşağı düşüb - Stastika

Tarix 28.06.26, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-may aylarında Azərbaycanda 9 min 455,3 hektar sahədən 168 min 851,4 ton kartof yığılıb.

Açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 120,6 ton və ya 0,07 faiz çoxdur. Belə ki, 2025-ci ilin ilk beş ayında ölkə üzrə 7 min 942,7 hektar sahədən 168 min 730,8 ton kartof yığılıb.

Bununla yanaşı, kartofun məhsuldarlığında azalma qeydə alınıb. Belə ki, bu ilin yanvar-may aylarında hər hektardan orta hesabla 17,9 ton kartof yığıldığı halda, ötən ilin eyni dövründə bu göstərici 21,2 ton olub. Nəticədə məhsuldarlıq təxminən 16 faiz azalıb.

Qeyd edək ki, hesabat dövründə kartof əkilən sahələrin 21,4 faizi yığılıb.
İqtisadi rayonlar üzrə ən çox kartof Lənkəran-Astara iqtisadi rayonunda istehsal edilib. Bu bölgədə 4 min 235 hektar sahədən 75 min 805,6 ton məhsul yığılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bölgədə kartof istehsalı 926,2 ton azalıb.
İkinci yerdə Qazax-Tovuz iqtisadi rayonu qərarlaşıb. Burada 2 min 434 hektar sahədən 55 min 190,8 ton kartof əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 259,4 ton artıb.

Sonrakı yerlərdə Mil-Muğan iqtisadi rayonu (19 min 492,3 ton), Mərkəzi Aran iqtisadi rayonu (9 min 300,3 ton), Şirvan-Salyan iqtisadi rayonu (3 min 304,1 ton), Şəki-Zaqatala iqtisadi rayonu (2 min 906,1 ton) və Qarabağ iqtisadi rayonu (2 min 195,5 ton) qərarlaşıb.

Rayonlar üzrə ən yüksək məhsul Cəlilabad rayonunda qeydə alınıb. Burada 3 min 190 hektar sahədən 61 min 255 ton kartof yığılıb. Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə rayonda istehsal 6 min 810 ton azalıb.
Şəmkir rayonu 54 min 940,8 tonla ikinci, Masallı rayonu 12 min 375 tonla üçüncü, Sabirabad rayonu 12 min 155 tonla dördüncü, Ağdam rayonu isə 1 095,5 tonla növbəti yerlərdə qərarlaşıb.

Ən az kartof isə Bakı şəhərində (17,3 ton), Quba-Xaçmaz iqtisadi rayonunda (47,1 ton), Abşeron-Xızı iqtisadi rayonunda (94,8 ton) və Gəncə-Daşkəsən iqtisadi rayonunda (100,1 ton) yığılıb.

Yığım tempinə görə ən yüksək göstərici Sumqayıt şəhəri, Zərdab rayonu və Şirvan şəhərində qeydə alınıb. Bu ərazilərdə kartof əkilən sahələrin 100 faizi artıq yığılıb. Ən aşağı göstərici isə Gəncə-Daşkəsən iqtisadi rayonunda olub. Burada əkin sahələrinin cəmi 0,9 faizi yığılıb. Naxçıvan iqtisadi rayonunda bu göstərici 1,5 faiz, Dağlıq Şirvan iqtisadi rayonunda isə 2,3 faiz təşkil edib.



Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap