“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Generalın oğlu istintaqa cəlb olundu - Sevgilisini təhdid etdiyi üçün

Tarix 28.01.26, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


“Mənimlə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Bir dəfə avtomobillə adam vurmuşam. Allah dünyasını dəyişənə rəhmət eləsin, amma bu, hər kəsin başına gələ biləcək bir hadisədir. İndi hamı çıxıb mənim haqqımda danışır”.

AzFakt.com xəbər verir ki, bu sözləri ehtiyatda olan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisi, bloqer Nərmin Xudaverdiyevanın ittihamlarına cavab olaraq bildirib.

Onun sözlərinə görə, əlində faktlar var:

“Guya kimisə döymüşəm, söymüşəm, təhqir etmişəm, kiməsə ev almışam və sair. Açıq deyirəm, bunların heç biri olmayıb. Mənim ağlım o səviyyədə deyil ki, hansısa xırda münasibətə görə gedib kiməsə ev alım. Belə bir şey baş verməyib.

Həmçinin deyilir ki, guya kimisə qorxutmuşam, hədə-qorxu gəlmişəmvə s. Biz hüquqi dövlətdə yaşayırıq. Əgər mən doğrudan da belə qanunsuz hərəkətlər etsəydim, məni elə həmin gün, elə həmin an tutardılar. Çünki qanun var, cinayət və inzibati məsuliyyət anlayışları var. Bunları bilmək və oxumaq lazımdır”.

Generalın oğlu fikirlərini belə davam etdirib:

“Bir məsələ də var: guya mən saxta (fake) profil açıb öz-özümə mesaj yazmışam. Yanvarın 25-də 00:13 radələrində mənə saxta bir profildən mesaj gəldi ki, lazım olar buralardan gedərik bir gün. Onun izləyicilərinin hamısı bilir ki, həmin mahnı ilə sevgili olan vaxtlarımızda Nərmin mənimlə bağlı paylaşımlar edirdi. İşarə verir ki, mənəm də filankəs. Deyirəm sən kimsən? Boş ver, özüvə yaxşı bax, mən sənə baxa bilmədim, deyir. Soruşuram ki, o nə deməkdir? Mənə şəklimi göndərdi, hansı ki, özü çəkdiyi fotodur. Yazıb ki, kim çəkibsə, halal olsun, qəşəng şəkildir.

Bununla bağlı ekran görüntüləri (skrinlər) var və hamısını saxlayıram”.

R.Orucov bildirib ki, kim kimi narahat edir, kim kimə problem yaradırsa, bununla bağlı bütün sübutlar dövlət orqanlarına təqdim olunub:

“Ehtiyac olsa, ictimaiyyətə də göstəriləcək. Sosial şəbəkələrdə danışılanların o demək deyil ki, hamısı düzdür. Mən bloqer deyiləm, hamıya bir-bir açıqlama verim. Açıqlamanı dövlət qurumlarına vermişəm”. 

Qeyd edək ki, Nərmin Xudaverdiyeva keçmiş sevgilisi Rüstəm Orucov tərəfindən sosial şəbəkələrdə və həyatda təhdid edildiyini bildirərək polisə müraciət edib. Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, əvvəllər xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə məhkəmə qarşısına çıxarılıb və həbs olunub.

yeni sabah



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap