“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanın büdcə mövqeyi dayanıqlı qalır - “Moody`s“

Tarix 21.01.26, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın büdcə mövqeyi, karbohidrogen gəlirlərinin artım tempinin zəifləməsi və xərclərin sürətlənməsi fonunda konsolidə olunmuş büdcə profisitinin azalmasına baxmayaraq, dayanıqlı olaraq qalır.

"Report" "Moody`s" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, ölkənin ortamüddətli fiskal çərçivəsi ehtiyatlı yanaşmanı əks etdirir, dövlət borcunun aşağı səviyyədə saxlanmasını və ehtiyatların artırılmasını dəstəkləyir.

Analitiklərin qiymətləndirməsinə görə, 2025-ci ildə konsolidə olunmuş büdcənin profisiti ÜDM-in 2,4 %-i səviyyəsində gözlənilir. Bu göstərici 2024-cü ildək ÜDM-in i 4 % nisbəti ilə müqayisədə əsasən neft qiymətlərinin daha yumşaq olması səbəbindən azalacaq.

2025-ci ilin yanvar–noyabr aylarında konsolidə olunmuş büdcə gəlirləri 43,9 milyard manat, xərclər isə 36,8 milyard manat təşkil edib ki, bu da 7,1 milyard manat profisit formalaşdırıb. Adətən ilin son ayında xərclərin kəskin artması yekun illik saldoya azaldıcı təsir göstərir. Noyabr ayının sonuna konsolidə olunmuş büdcə profisiti proqnozlaşdırılan illik ÜDM-in təxminən 5,4 %-inə, xərclər isə illik büdcənin 77 %-inə bərabər olub.

Dövlət Neft Fondundan (ARDNF) transfertlər nəzərə alınmaqla, dövlət büdcəsinin 2025-ci ili ÜDM-in 1 %-indən az defisitlə başa vuracağı gözlənilir ki, bu da 2024-cü ildəki ÜDM-in 0,4 % -lik defisitii ilə müqayisə oluna biləndir. Xərclərin əsas prioritetləri bərpa işləri, sosial proqramlar və infrastruktur investisiyaları olaraq qalır.

2025-ci ilin noyabr ayına dövlət büdcəsi 4,2 milyard manat, yaxud ÜDM-in 3,2 %-i həcmində profisitlə icra olunub. "Moody"s" qeyd edir ki, ilin son ayında plan göstəricilərinin icrası məqsədilə xərclərin sürətləndirilməsi nəticəsində büdcənin profisitdən defisitə keçməsi qeyri-adi hal deyil.

"ARDNF-dən transfertlər yüksək səviyyədə qalmaqdadır – 2025-ci ilin noyabr ayına qədər bu göstərici 13,2 milyard manat, yəni büdcə gəlirlərinin təxminən üçdə birini təşkil edib", - hesabatda qeyd olunub.

Analitiklərin fikrincə, qeyri-neft gəlirlərinin səfərbərliyinin gücləndirilməsi və büdcə konsolidasiyası tədbirləri hesabına qeyri-neft ilkin defisitinin tədricən azalacağı gözlənilir. Bu yanaşma büdcənin karbohidrogen sektorunun fövqəlgəlirlərindən asılılığını azaltmağa yönəlib.

2026–2029-cu illəri əhatə edən ortamüddətli xərclər çərçivəsi neftin bir barelinin 65 ABŞ dollarıqiyməti əsasında formalaşdırılıb, ARDNF-dən transfertlərin mərhələli şəkildə azaldılmasını və ilkin cari xərclərə daha sərt nəzarəti nəzərdə tutur. "Moody"s" 2029-cu ilədək qeyri-neft ilkin defisitinin 2024-cü ildəki 20 %-dən 13 % qeyri-neft ÜDM-nə qədər azalacağını, dövlət borcu üzrə yuxarı həddin isə ÜDM-in 30 %-i səviyyəsində saxlanılacağını proqnozlaşdırır.

2025-ci ilin ortalarına dövlət borcu ÜDM-in 19,6 %-i təşkil edib ki, bu da müəyyən edilmiş limitdən xeyli aşağı olmaqla yanaşı, oxşar ölkələrin və regionun neft ixracatçılarının göstəricilərindən də aşağıdır.

Analitiklər vurğulayırlar ki, Neft Fondunda toplanmış əhəmiyyətli fiskal ehtiyatlar büdcə dayanıqlığının əsas amillərindən biri olaraq qalır. Bu ehtiyatlardan, o cümlədən pandemiya ilə bağlı xərclərin maliyyələşdirilməsində səmərəli istifadə 2020–2021-ci illərdə müqayisə olunan ölkələrdə dövlət borcunun orta hesabla 10 faiz bəndindən çox artdığı bir şəraitdə borc yükünün artımını məhdudlaşdırmağa imkan verib.

2025-ci ilin sentyabr ayına ARDNF-in aktivləri ilin əvvəli ilə müqayisədə 60 mlrd. ABŞ dollarından 70 mlrd. ABŞ dollarına yüksəlib ki, bu da ölkənin ümumi dövlət borcunu təxminən üç dəfə üstələyir. 



Xəbərin oxunma sayı : 190




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap