“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

Tarix 20.01.26, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Dairədəki adacıq təhlükəli vəziyyət yaradır.

AzFakt.com Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbet paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki, Ukrayna dairəsi adlanan ərazidəki bu xətlənmədən gedir.

Sürücülərin əksəriyyəti bu xətlənmənin nə olduğundan xəbərsizdir, bəziləri isə cərimələnməkdən qorxurlar. Bildirirlər ki, o adacıq pik saatlarda tıxacın olduğu dairədə zolaqların sayını da azaldır.
Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Ukrayna dairəsinin kənarında yerləşən nəqliyyat adacığı yol hərəkətinin təhlükəsizliyinin artırılması və axınların nizamlanması məqsədilə layihələndirilmiş mühəndis həllidir. Nəqliyyat adacıqlarının əsas mahiyyəti yolun həndəsi quruluşu vasitəsilə sürücülərin hərəkət trayektoriyasını əvvəlcədən formalaşdırmaq, zolaq dəyişməni nizamlamaq və təhlükəli manevrlərin qarşısını almaqdan ibarətdir. Sözügedən adacıqlar dairəyə daxilolma və dairə daxilində hərəkət edən nəqliyyat vasitələrinin axınlarını bir-birindən ayırmaqla sürücüləri məcburi, lakin nəzarətli zolaq dəyişməyə yönləndirir.
Adacığın məqsədi qəza şəraiti yaratmaq deyil, əksinə, ani və nizamsız zolaq dəyişmələrinin qarşısını almaqla potensial riskləri əvvəlcədən aradan qaldırmaqdır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, bu adacığa daxil olan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.




Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap