“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Suriya sərhədində təxribat - Bir qrup şəxs Türkiyə bayrağını endirib

Tarix 20.01.26, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.

APA xəbər verir ki, DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində təşkil olunub. Toplantıdan sonra bir qrup şəxs PKK terror təşkilatının bayraqları ilə sərhədə doğru yürüşə başlayıb və sərhəddə yerləşdirilmiş Türkiyə bayrağını endirib.

Qrup YPG terror təşkilatını dəstəkləyən şüarlar da səsləndirib.

Sərhədin təhlükəsizliyini təmin edən qüvvələr xəbərdarlıq məqsədilə havaya atəş açaraq təxribatçı qrupdan ərazini tərk etməyi tələb ediblər. Məlumata görə, bundan sonra qrup hadisə yerindən uzaqlaşıb.

DEM Parti sözçüsü Ayşegül Doğan X hesabında paylaşdığı açıqlamada Nusaybin–Qamışlı sərhədində Türkiyə bayrağının endirilməsinin onları narahat etdiyini bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran isə hadisəyə sərt reaksiya verərək baş verənləri "təxribat" adlandırıb. O qeyd edib ki, ölkənin milli təhlükəsizliyinə və dövlətin müqəddəs dəyərlərinə qarşı yönələn hər bir təhdidin qarşısı qətiyyətlə alınacaq.

Burhanettin Duran hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmaya başlanıldığını, hüquqi və inzibati tədbirlərin görüləcəyini də vurğulayıb.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap