“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İki rayonda zəlzələ baş verib, bəzi evlərə ziyan dəyib - VİDEO

Tarix 18.01.26, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Şamaxıda 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. Titrəyişlər episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanlar  Pirqulu stanasiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, təxminən 1 həftədir sözügedən ərazidə aktivlik müşahidə olunur. Təkcə bu gün ölkə ərazisində 21 təkan qeydə alınıb ki, bunlardan biri Ağsu ərazisinə düşüb. 

Qurban Yetirmişli bildirib ki, ölkə ərazisində aparılan tədqiqatlara əsasən hansısa güclü və dağıdıcı təkanlar gözlənilmir.

Zəlzələdən sonra Şamaxı rayonunun Meysəri kəndində əvvəlki zəlzələrdə zədələnən bir neçə yaşayış evinə müxtəlif dərəcədə ziyan dəyib. Mövcud olan çatlar daha da dərinləşib. Sakinlərin sözlərinə görə, 2019-cu ildən evləri qəzalı vəziyyətdədir və hər təkanda bu zədələrin miqyası böyüyür.

Şamaxı Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən vətəndaşların evləri Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən təmirə ehtiyacı olan kateqoriyasına salınıb və  təmir olunması nəzərdə tutulur. 





Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap