“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Neft 120 dollara çatdı - Qiymətlərin tezliklə enəcəyinə ümidlər azalır

Tarix 09.03.26, 13:17

Font ölçüsü : - / +
bitmap-img6


İrandakı müharibə fonunda qlobal neft qiymətləri artmaqda davam edir.

“Bloomberg”-in məlumatına görə, bu gün səhər Brent markalı xam neftin qiyməti 2022-ci ilin iyun ayından bəri ilk dəfə olaraq barreli 110 dolları keçib.

Səhər baş tutan ticarət zamanı etalon xam neftin qiyməti barreli 119,50 dollara (artım 29%), Amerika WTI markalı xam neftin qiyməti isə barreli 119,48 dollara (artım 31%) yüksəlib. Lakin “Financial Times” qəzetinin G7 ölkələrinin bu gün qiymətlərin kəskin artması səbəbindən təcili iclasda strateji ehtiyatlardan neftin birgə istifadəsini müzakirə edəcəklərini bildirməsindən sonra artım yavaşlayıb, hətta qiymətlər bir qədər enib. Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Brent neftin qiyməti barreli 108 dollardan satılıb.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından əvvəl hər iki etalon xam neftin qiyməti barreli 70 dollardan aşağı idi. Vəziyyəti şərh edən ABŞ Prezidenti Donald Tramp bildirib ki, neftin qiymətinin qısamüddətli artması İranın nüvə təhdidini aradan qaldırmaq və qlobal təhlükəsizliyi yaxşılaşdırmaq üçün ödəniləcək "çox kiçik bir qiymət"dir. O, 28 fevralda başlayan hərbi əməliyyatın bitməsindən sonra qiymətlərin sürətlə aşağı düşəcəyini vəd edib.



Xəbərin oxunma sayı : 205




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap