“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Töhmətdən sonra Suraxanı: Yenə qanunsuz tikintilər, yenə narazılıq...

Tarix 06.03.26, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Suraxanı rayonunda qanunsuz tikintilərlə bağlı narazılıqlar səngimək bilmir...

AzFakt bizimesr.com portalına istinadən xəbər verir ki, rayonda boş ərazilərin zəbt olunaraq müxtəlif obyektlərin tikintisinə başlanılması halları yenə də davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Adil Əliyevə töhmət verməsindən sonra vəziyyətin dəyişəcəyinə, rayonda abadlıq işlərinin daha da artacağına ümid edən sakinlər məyus olublar. Çünki qanunsuz tikililər yenə də davam edir.

Sakinlər bildirib ki, yaxın günlərdə Qaraçuxur qəsəbəsində dəmir konstruksiyalardan ibarət yeni obyektin tikintisinə start verilib. İddialara görə, tikinti işləri hazırda sürətlə davam etdirilir və əraziyə texnika cəlb olunub. Yerli sakinlər isə bunun qanunsuz həyata keçirildiyini və boş torpaq sahələrinin mərhələli şəkildə zəbt edildiyini deyirlər.

Sakinlər bildirirlər ki, paytaxt meri Eldar Əzizovun qanunsuz tikintilərlə bağlı sərt xəbərdarlıq və töhmətlərinə baxmayaraq, rayonda bu proses dayanmayıb.
Onların sözlərinə görə, Adil Əliyevin rəhbərlik etdiyi Suraxanı Rayon İcra Hakimiyyətinin ərazisində tikinti işlərinin davam etməsi sakinlər arasında ciddi narahatlıq yaradıb.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların müdaxilə etməsini və qanunsuz tikintilərin qarşısının alınmasını tələb edirlər. Məsələ ilə bağlı Suraxanı İH-lə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap