Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Beyləqanda Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar

Tarix 06.03.26, 13:17

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri olmaqla 500 nəfər iştirak edib.

Tədbirdə çıxış edən RİH başçısı Ə.Əzizov Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal rol oynadığını, ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm xidmətlər göstərdiyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətində qadınların rolu xüsusi önəm daşıyır. Rayon rəhbəri eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, humanitar təşəbbüsləri və xeyriyyəçilik missiyasından bəhs edərək qeyd edib ki, onun fəaliyyəti Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini, humanist dəyərlərini və cəmiyyət həyatındakı nüfuzunu bir daha aydın şəkildə nümayiş etdirir.

Daha sonra tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup qadına Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və hədiyyələr təqdim olunub. Eyni zamanda Beyləqan RİH tərəfindən tədbirdə iştirak edən bütün şəhid analarına və şəhid xanımlarına gül dəstələri və xatirə hədiyyələri təntənəli şəkildə təqdim edilib.

Tədbirdə çıxış edən Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və digərləri Azərbaycan qadınlarının cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər.

Eyni zamanda tədbirdə iştirak edən çoxsaylı şəhid anaları və şəhid ailələrinin üzvləri də çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının hər zaman hiss olunduğunu qeyd ediblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Beyləqan rayon mədəniyyət nümayəndəliyinin hazırladığı zəngin konsert proqramı təqdim olunub və bayram tədbiri yüksək əhval-ruhiyyə ilə davam etdirilib.







Xəbərin oxunma sayı : 1366




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap