Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Temu” bağlamaları niyə gecikib? - Şahin Bağırov açıqladı

Tarix 29.04.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bir müddət əvvəl “Temu”dan gətirilən məhsulların gömrük yoxlanışının gecikməsi məsələsindən danışıb.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, komitə sədri bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı söz açıb.

O qeyd edib ki, ölkəmizdə elektron ticarətlə bağlı 300 dollar limit mövcuddur. Limitin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur:
“Lakin qonşu ölkələrə baxsaq, vətəndaşların şəxsi istifadəsi üçün zəruri olan mallar üçün olan güzəştlər aradan qaldırılıb. Məsələn Türkiyədə fevralın 1-dən artıq güzəşt yoxdur. Amma bizim ölkədə 300 dollarlıq məbləğində güzəşt tətbiq olunur. Bizdə təxminən 1 milyondan çox insan elektron ticarətlə məşğuldur, 18 milyon isə bəyannamə olur. Əvvəl bəyannəmənin sayı az idi, indi say artır. Axı getdikcə rəqəmlər artır, bunun uçotunu yaratmaq lazımdır. Bəzən insanlar elektron ticarət mövzusunda sui-istifadə hallarına yol verir. Yəni bir adam özünün ticarət etdiyi həcmdə mal alır və hissə-hissə müxtəlif insanların adına bölərək gətirir.

“Temu” məsələsinə gəldikdə isə, Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artdı. Bizə elektron məlumat verilmədən, birdən-birə süni şəkildə yüklər gətirilib hava linanına qoyuldu. Axı ünvanı, məhsulu yoxlamaq lazımdır. Ona görə də biz məcbur olduq balansı qoruyaq. Çünki elektron ticarətlə sadəcə istehlak məhsulu gətirilmiyə bilər, elə bir dərmanlar, psixotrop maddələr gətirilə bilər ki. Ona görə gömrük yoxlanılması vacibdir. Əgər biz onu dəqiqliklə yoxlamasaq, elə siz deputatlar bizə deyərsiniz ki, gömrük orqanları yoxlamır. Buna görə, bir müddət, təqribən 2 həftə kimi “Temu”dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik. Həmçinin “Temu”nun qarşısında məsələ qoyduq ki, məlumatları əvvəlcədən verin”, - komitə sədri bildirib.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap