| |
|
“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdi - FOTO/VİDEO
Tarix 25.04.26, 15:47 |
|
Aprelin 25-də Qəbələdə Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
AzFakt.com xəbər verir ki, əvvəl Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.
Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.
Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.
Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.
Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Bir daha Sizi və bütün ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram.
x x x
Sonra Ukrayna Prezidenti bəyanatla çıxış etdi.
Prezident Volodimir Zelenskinin bəyanatı
-Hörmətli cənab Prezident, çox sağ olun.
Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram.
Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük.
Əlbəttə ki, müharibə başladıqdan sonra bu, mənim Azərbaycana ilk səfərimdir və mən buraya nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm.
Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq.
Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız bu çox sərt qış şəraitində də davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət etdik. Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq.
Əvvəlcə biz energetika sahəsini müzakirə etdik, əməkdaşlığımıza nəzər saldıq. Bu gün, əslində, nəinki Ukrayna üçün, bütün dünya üçün, Avropa üçün bu, böyük bir çağırışdır. İranla müharibə aparılır. Bizə bu halda etibarlı tərəfdaşlarımız lazımdır. Buna görə Sizə təşəkkür edirik. Biz çox şadıq ki, azərbaycanlı tələbələr əksər hallarda məhz Ukraynanı öz təhsil ocağı kimi seçirlər. Biz buna görə də təşəkkür edirik.
Biz, eyni zamanda, sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.
Cənab Prezident, düşünürəm, müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və çox çalışmalıyıq ki, bu məqsədə nail olaq.
Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin. İstənilən bir ölkəni götürsək, hətta nəzəri baxımdan əgər o, təcavüzlə üzləşərsə bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz sabitliyə, sülhə gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni arzularımızı biz, həmçinin öz ünvanımıza bildiririk.
Bu gün biz ən çətin, ən ağır müharibə şəraitindəyik. Sizə səmimi deyim, cənab Prezident, mən bir hesabatı gördüm. Rusiya müxtəlif yerlərə yenidən aviazərbələr endirib. Dağıntılar göz qarşısındadır. Onlar dəmir yollarına, enerji infrastrukturuna, mülki təyinatlı obyektlərə hücum çəkirlər. Əfsuslar olsun ki, bu gün artıq bəzi şəxslər öz həyatını itirib və xəsarət alan da var.
Cənab Prezident, Sizə minnətdaram ki, başsağlığı verdiniz. Bütün bu səfəri təşkil etdiyinizə görə Sizə çox təşəkkür edirəm.
x x x
Daha sonra Azərbaycan və Ukrayna prezidentləri qısa söhbət etdilər.

















Xəbərin oxunma sayı : 1753
Siyasət
Xəbərlər
-
Münəvvər Əliyeva itini axtarır: “Övladım kimi sevirəm“
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Sabah Yasamal, Nizami və Binəqədinin bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
-
Hesablardan vəsaitlər niyə təkrar silinib? - AMB açıqlama yaydı
-
Novxanıda sürücülərə və piyadalara təhlükə yaradan YOL - VİDEO
-
Turizm şirkətləri qatar biletlərinin onlayn satışını aparır? - VİDEO
-
Azərbaycanda vətəndaşların kart hesablarına genişmiqyaslı kiberhücum olub? - VİDEO
-
Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? - VİDEO
-
Epşteynin gizli arxivi ifşada: Milyarder Bill Qeyts iki rusiyalı məşuqəsindən danışdı
-
“ABŞ Çindən robot idxalına qoyulan məhdudiyyətləri sərtləşdirəcək” - “Politico”
-
Bakıda söküntü qalmaqalı: “Vesta Construction“ MMC şirkətinə qarşı cinayət işi açılıb (VİDEO)
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı
-
Məşhur milyarder ərindən polisə şikayət etdi - Ermənistanda
-
Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar - FOTOLAR
-
İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb - PUA zərərsizləşdirilib
-
Neft qiymətləri sürətlə düşür - Nə qədər davam edəcək?
-
Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı - VİDEO
-
“Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik” - Rəsmi Bakı
-
Prezident Məhəmməd Qalibafı qəbul etdi - FOTOLAR
-
Azərbaycanda yaşlı insanlar ən çox hansı şəhər və rayonlarda yaşayır – SİYAHI
-
“Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” - Nazir
-
Sumqayıt məktəbində bazar qaydaları: Direktor gedən ayaqda...
-
Bakıda 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
-
“İran demək olar ki, hər şeyə razı olmağa hazır idi” - Tramp
-
Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu - FOTOLAR
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
4 ayda İrandan Azərbaycana 148 min litr alkoqolsuz pivə gətirilib - Litri 90 qəpiyə
-
Prezident TBMM sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi - FOTO
-
“Moskva bu söhbətlərin qiymətini bilir“ - Segey Lavrov
-
Dünyanın ən varlıları bu şəhərlərdə yaşayır - SİYAHI
-
Məktəb direktorlarının işə qəbulu... - Elektron qeydiyyat başlayır
-
“Ermənistan və onun rəhbərliyi yol ayrıcındadır“ - Peskov
-
Taxta materialları bahalaşdı - Yeni qiymətlər
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Baş nazir qərar verdi
-
“Pambıqçılığın inkişafına mane olan problemlər var“ - Məcnun Məmmədov
-
Hamı bu qəzadan danışır - Arzum günahkardır, ya yox?
-
Aygün Bayramovadan etiraz: “Bu nə qədər olar?“
-
Cahangir Əsgərovun “Premium Bank“dan qazancı məlum oldu – DETALLAR
-
NATO üzvü olan Avropa ölkələri müdafiə xərclərini rekord həddə çatdırıb - Siyahı
-
Ronaldo tarixi uğura imza atdı - Messi ilə bağlı suala belə cavab verdi
-
Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? - Ali Məhkəmədən izah
-
Xaçmazda evlərdən 50 minlik oğurluq edənlər saxlanıldı - FOTOLAR
-
“Azərsu” ilanlara qarşı dərmanlar alır - 16 min xərclənəcək
-
Qaraj alanda aldanmamaq üçün - Bu yazını oxuyun!
-
“TikTok”da izləyicilərinə söyüş söyən şəxs həbs edildi - FOTO
-
Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər
-
Qeydiyyatsız evlərin sənədləşməsində YENİLİK
-
İngiltərə heç-heçə etdi, Xorvatiya ilk qələbəsini qazandı - VİDEO
-
Poliklinikalarda növbə problemləri davam edir - VİDEO
-
Qalibaf Azərbaycana işgüzar səfərə gəlib - FOTO
-
Sabunçuda yaşı əsri keçmiş bina TƏHLÜKƏDƏ - VİDEO
-
Azərbaycan-Türkmənistan dostluğu daha da genişlənməkdədir
-
Bakı və Aşqabad arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Peyman Sadıqov AID GROUP-dakı vəzifəsindən ayrıldı
-
Dövlət sərəncamı ilə ayrılan kompensasiyanı ala bilmirlər - ŞİKAYƏT
-
Tək yaşayan qadınlar daha tez pensiyaya çıxa bilər - VİDEO
-
Prezidentin həmkarı ilə tarixi görüşündən paylaşım - VİDEOÇARX
-
Bu il keçid ballarının yüksəlməsi gözlənilirmi? - Məleykə Abbaszadə açıqladı
-
İmzalanmış sənədlər paketi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm institusional təməl yaradır
-
Sumqayıtda insanların həyatına təhlükə yaradan 196 sürücü saxlanıldı - VİDEO
-
Paytaxtın bu ərazilərində qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Xameneinin cənazəsi İraqa aparılacaq - Dəfn proqramı məlum oldu
-
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycandadır - FOTO
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - PA rəsmilərinin qəbul günləri açıqlandı
-
Konqoda Ebola virusu tüğyan edir - Yoluxanların sayı 1000-i keçdi
-
Arayik və digərlərinin apellyasiya məhkəməsi davam etdirildi - Fotolar
-
Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı
-
Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur
-
Su yoxa çıxır: Yer kürəsində sürətlə səhraya çevrilən 9 yer
-
“Kapital Bank”da kimlərə vəzifə verildi? - Təyinatlar
-
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır
-
“Biznes dünyası tarixin ən sürətli dəyişiklik dövrlərindən birini yaşayır“ - Orxan Məmmədov
-
Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
“Mən Messinin nə etdiyinə baxmıram“ - Kilian Mbappe
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabah Azərbaycanın dörd rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Pilgrim Education” şirkətinin dələduzluğuna niyə dur deyən yoxdu? - Onlarla vətəndaşın pulunu mənimsəyiblər
-
Bakıda 5 ayda 79 motosiklet və moped saxlanılıb - Tədbirlər davam edir
-
Nazirlik saxta arayış verən “General Hospital“ın lisenziyasını ləğv etdi -Nöqsanlara görə
-
İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət - Uşaqları çubuqla döyürlər...
-
“Bura kənd deyil, gedək sənəklə bulaqdan su gətirək” - VİDEO
-
Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO
-
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi - FOTOLAR
-
Bakıda yağış, rayonlara dolu yağacaq - Sabahın havası
-
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb?
-
Prezident və həmkarı Şuşa məscidindəki tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
“Nüvə potensialını daha sürətlə inkişaf etdirməyi planlaşdırırıq” - Kim Çen In
-
“Qarabağ“dan Avropaya növbəti böyük transfer: 2,2 milyon avro
-
“İlham baba, necəsiniz?“ - Prezidentin uşaqlarla səmimi anları + VİDEO/FOTO
-
Maştağada küçələr və evlər hələ də su altındadır - VİDEO
-
Arif Hacılının ölkədən çıxışına “stop“ qoyulub: “Səbəb izah edilmədi...“
-
Prezidentdən yüksək vəzifəyə təyinat - Hüseyn Əliyev kimdir?
-
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
-
“İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib“ - Natiq Əmirov
-
Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti yük göndərildi - Fotolar
-
“Rolls-Royce“, “Bentley“, “Maserati“... - Azərbaycanda neçə lüks avtomobil var?
-
“Nüvə silahı iqtisadi böhrandan daha təhlükəlidir“ - Donald Tramp
-
Prezidentlər Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO
-
Ərini öldürəndən sonra arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
-
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı - Fotolar
-
Beyləqanda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olundu - Fotolar
-
Mərdəkanda dənizdə batan 4 gəncin - Görüntüləri
-
Azərbaycanda neçə “Tesla“ var? - Rəsmi statistika
-
Sənədlərə imza atdılar, 100 min manat vergi borcu yarandı - VİDEO
-
Repetitorluq qadağan oluna bilərmi? - Nazirdən açıqlama
-
Vensdən mühüm açıqlama: Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub
-
Mbappe və Holan hərəyə iki qol vurub komandalarına qələbə qazandırdılar - VİDEO
-
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında qanunsuz tikinti aparılır - ŞİKAYƏT
-
Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib - ADLAR
-
Azərbaycanda QHT layihələri “bir pəncərə“ prinsipi ilə maliyyələşdiriləcək - QƏRAR
-
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
-
600 yaşı olan “Səngəçal Karvansarayına“ müdaxilə edənlər kimlərdir? - VİDEO
-
ABŞ İrana qarşı hərbi əməliyyata 40 milyard xərc çəkib - CNN
-
“Bakıdakı tələbə sayı azaldılacaq...“ - Nazir bunun yolunu açıqladı
-
Sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub - 5 il 6 ay
-
“Teymuroğlu Construction“ şirkətinin inşa etdiyi binada bədbaxt hadisə: Ölən var
TOP 10
ARXİV






