Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Azərbaycan Serbiya üçün dost və müttəfiqdir - Ana Brnabiç

Tarix 03.06.26, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç görüşdə bildirib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiqdir, iki ölkə arasında münasibətlər günbəgün inkişaf edir.

Serbiya Milli Assambleyasının sədri Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etdiyinə görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib. O, ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın dəstəyinə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Ana Brnabiç iki ölkənin parlamentləri arasındakı münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransının yüksək səviyyədə təşkilini qeyd edərək, bu cür tədbirlərin mövcud problemlərin müzakirə olunmasında mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıqdan, xüsusilə ölkələrimizin ərazi bütövlüyü, suverenlik məsələlərində bir-birini dəstəkləməsindən məmnunluğunu bildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanlarından danışıb.

Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolundan danışan spiker Sahibə Qafarova bu kontekstdə prezidentlər İlham Əliyev ilə Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.

Görüşdə parlamentlər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Xəbərin oxunma sayı : 121




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap