Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Təsərrüfat sahiblərinin nəzərinə - Yeni qayda təsdiqləndi

Tarix 24.07.26, 12:34

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Enerji menecment sisteminə dair Tələblər"də və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları"nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra bəzi təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatı Energetika Nazirliyi ilə yanaşı, enerji effektivliyi informasiya sisteminə (EEİS) də təqdim edəcək. Bundan başqa, təsərrüfat subyektində tətbiq olunan enerji menecment sisteminin və bu sahədə əldə edilmiş nəticələrə dair illik hesabatlar sorğu edildiyi təqdirdə hər hesabat ilindən sonra gələn növbəti ilin yanvar ayının sonuna qədər Energetika Nazirliyi ilə yanaşı EEİS-ə də təqdim olunacaq.

Eyni zamanda, bundan sonra effektivlik potensialının qiymətləndirilməsi EEİS vasitəsilə həyata keçiriləcək. Təsərrüfat subyektləri müvafiq hesabatları yazılı və ya elektron qaydada EEİS vasitəsilə nazirliyə təqdim edəcək. Qiymətləndirmənin nəticələri 5 iş günü müddətində həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdiriləcək.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap