Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Tarix 23.07.26, 22:26

Font ölçüsü : - / +
bitmap-img6


Dəmiryolu vağzalının ətrafında nəqliyyat vasitələrinin xaosu yaranıb...

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeronun Xırdalan şəhərindəndir. Sakinlər çıxış yolu istəyirlər.

Sakinlərin sözlərinə görə, sürücülər nəqliyyat vasitələrini küçənin hər iki tərəfində, bəzi hallarda isə yolun hərəkət hissəsində saxlayırlar. Nəticədə də küçədə hərəkət zolağı daralır, piyadaların və digər avtomobillərin hərəkəti ciddi şəkildə məhdudlaşır. 

Onlar qeyd edir ki, xüsusilə səhər və axşam saatlarında küçədə hərəkət tamamilə iflic olur, evlərinə gedib-gəlmək belə çətinləşir. Yaranmış vəziyyətlə bağlı AYNA-dan “XəzərXəbər”ə bildirildi ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Xırdalan dəmiryolu stansiyası yaxınlığında müxtəlif səviyyəli yol ötürücüsü inşa ediləcək. Bu da Xırdalan şəhərindən Bakı-Şamaxı yoluna birbaşa çıxışı təmin edəcək. Stansiyanın qarşısında Nəqliyyat Mübadilə Mərkəzi də yaradılacaq. Bu addım həm dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap