Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Hesablama Palatasının sədri

Tarix 23.07.26, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb.

Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarında hazırda əsas diqqət yetirilməli olan məsələlərdən biri məhz qiymət fərqləridir.

"Apardığımız araşdırmalar göstərdi ki, ehtimal olunan məbləğdən 20 faizdən çox fərqlənən satınalmaların sayı 51 faizdən yuxarıdır. MDB ölkələrində bu göstərici üzrə qırmızı xətt 15-25 faiz hesab olunur”, - deyə o bildirib.

V.Gülməmmədov qeyd edib ki, həddindən artıq aşağı qiymət təklifləri də risk yaradır.

"Ən ucuz qiymət meyarı hazırda əksər ölkələrdə problemlərdən biridir. Çünki həddindən artıq aşağı qiymət sonradan layihələrin ya başa çatdırılmamasına, ya da keyfiyyətli icra olunmamasına səbəb ola bilər. Buna görə də yalnız yuxarı deyil, aşağı qiymət həddinin də müəyyənləşdirilməsi vacibdir”, - deyə Hesablama Palatasının sədri əlavə edib.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə yayımlanacaq.



Xəbərin oxunma sayı : 682




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap