Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Şıxlinskilərlə bağlı yeni qərar: Cəzaçəkmə müəssisələrinə göndərilirlər

Tarix 23.07.26, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Uraldakı (Rusiya) Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Krasnoyarsk diyarındakı cəzaçəkmə müəssisəsinə köçürülür. Onun oğlu Mütvəlı Şıxlinski isə Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən 53 saylı islah koloniyasına göndərilib.

AzFakt.com xəbər verir ki, etap olunma ilə bağlı sənədlər iyulun 17-də imzalanıb. Şahin Şıxlinski ilə yanaşı, Səfərov qardaşları da Krasnoyarsk diyarında yerləşən koloniyaya köçürülüblər.

Xatırladaq ki, Səfərovlar və Şıxlinskilər 2025-ci ilin yayında Uralın paytaxtında saxlanıblar. Onlar sui-qəsd və qətllərin təşkilində ittiham olunub və uzun müddətlərə məhkum ediliblər. Şıxlinskilər ailəsi ayrıca - saxlanılma zamanı maşınla vurduqları hakimiyyət nümayəndəsinə qarşı zorakılığa görə də mühakimə olunublar. Şahin Şıxlinski adam öldürməyə cəhd və qətl hadisəsinin təşkilində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. Onun oğlu isə ümumi rejimli koloniyada cəza çəkməklə 8 il azadlıqdan məhrum olunub.

Şıxlinskilər Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı keçirdiyi səs-küylü əməliyyatdan sonra həbs ediliblər. Həmin əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olub, Səfərovlar ailəsinin bir neçə üzvü və diasporanın digər nümayəndələri saxlanılıblar.

Sonradan onlara qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi qaldırılıb, Şahin Şıxlinskiyə isə əlavə olaraq qətlin təşkili və qətlə cəhd ittihamları irəli sürülüb.(oxu.az)



Xəbərin oxunma sayı : 115




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap