“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir

Tarix 27.07.26, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Ues Stritinq hesab edir ki, gələcəkdə Avropa ABŞ-dən müdafiə sahəsində asılılığı azaltmağa təkan verdiyi üçün Donald Trampa təşəkkür edəcək

AzFakt.com xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Sky News telekanalına müsahibəsində bildirib ki, gələcəkdə Avropa ABŞ Prezidenti Donald Trampa öz müdafiəsini müstəqil şəkildə təmin etməyə məcbur etdiyi üçün minnətdar olacaq.

Nazirin sözlərinə görə, Trampın bəyanatları və siyasət üsulları hər zaman Avropada müsbət qarşılanmasa da, onun NATO müttəfiqlərinə təzyiq göstərməsi Avropanın təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmasına səbəb olub.

"Bəzən onun dedikləri xoşumuza gəlmir. Bəzən onun üsulları da xoşumuza gəlmir. Amma mən səmimi şəkildə düşünürəm ki, bu tarixi dövr gələcəkdə təsvir ediləndə Avropa Prezidenti Trampa təşəkkür edəcək. Çünki o, bizi arxayınlıq vəziyyətindən çıxardı, öz ayaqlarımız üzərində möhkəm dayanmağa və müdafiə sahəsində ABŞ-dən həddindən artıq asılılığa son qoymağa məcbur etdi", deyə Stritinq bildirib.

Böyük Britaniyanın müdafiə naziri qeyd edib ki, ABŞ-nin Avropaya qarşı narazılığı uzun illər ərzində toplanıb. Onun fikrincə, müasir təhlükəsizlik şəraitində Avropa öz müdafiəsini təmin etmək imkanına malik olmalıdır.

"Yaşadığımız dünyada öz təhlükəsizliyimizi müstəqil şəkildə təmin edə bilməyimiz tamamilə doğrudur", deyə Stritinq əlavə edib.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap