Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı

Tarix 24.07.26, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Çanaqqala vilayətində qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat zamanı 36 qanunsuz miqrant saxlanılıb, miqrantların daşınmasını təşkil etməkdə şübhəli bilinən iki nəfər, o cümlədən Azərbaycan vətəndaşı həbs edilib.

AzFakt.com Haberler-ə istinadən xəbər verir ki, Sahil Mühafizəsi əməkdaşları Eceabat rayonu sahillərində qayıqda bir qrup qanunsuz miqrantın olduğunu müəyyən ediblər. Bundan sonra Çanaqqala İl Təhlükəsizlik İdarəsi, Qərbi Mərmərə Sahil Mühafizəsi Komandanlığının Kəşfiyyat Şöbəsi və Sahil Mühafizəsinin TCSG-16, TCSG-908 və KB-44 patrul katerlərinin iştirakı ilə əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan qayıqda biri uşaq olmaqla Yəmən, İran, Sudan, Misir və İraq vətəndaşları olan 36 qanunsuz miqrant aşkarlanıb.

Hüquq-mühafizə orqanları miqrantların qanunsuz daşınmasını təşkil etməkdə şübhəli bilinən İran və Azərbaycan vətəndaşı olan iki nəfəri də saxlayıb.

Qanunsuz miqrantlar barələrində müvafiq prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrantların İlkin Qəbul və Yerləşdirmə Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 142




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap