“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident

Tarix 13.07.26, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb”.

AzFakt.com xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib.
“Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Bəli, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları xətti ilə fəal əlaqələr mövcuddur. Bu baxımdan hesab edirəm ki, hər şey normal inkişaf edir və biz bundan məmnunuq. Rusiya ilə Azərbaycan arasında münasibətlər həm ikitərəfli əməkdaşlıq, həm də daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətlər həm ənənəvi əməkdaşlıq sahələrini, həm də gələcəkdə yarana biləcək yeni istiqamətləri əhatə edir. Burada nəqliyyat məsələləri xüsusi əhəmiyyət kəsb edir. Ticarət və humanitar əməkdaşlıq da vacib istiqamətlərdəndir”, - dövlət başçısı qeyd edib.



Xəbərin oxunma sayı : 1087




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap