“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Peskovdan sərt reaksiya: NATO Rusiyanı əsas düşmən elan edib

Tarix 09.07.26, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya "Patriot" zenit-raket komplekslərinin istehsalı üçün lisenziya vermək planlarını və NATO-nun son sammitinin yekun bəyannaməsini sərt şəkildə tənqid edib.

Kreml rəsmisi bildirib ki, Moskva ABŞ-ın Ukrayna ərazisində "Patriot" istehsalına dair niyyətlərindən xəbərdardır və bu sahədə Rusiyanın maraqlarını qorumaq üçün bütün lazımi addımların atılacağını vurğulayıb. Peskovun sözlərinə görə, Rusiyanın bu istiqamətdə hansı tədbirlər görəcəyi artıq dəqiqləşdirilib.

NATO-nun son sammitinin yekun bəyannaməsinə toxunan mətbuat katibi alyansın Rusiyanı özünün əsas rəqibi kimi tanıdığını və bunu rəsmən təsdiqlədiyini bəyan edib. O, NATO-nu yarandığı gündən etibarən məhz qarşıdurma aləti kimi xarakterizə edərək, təşkilatın öz mahiyyətini dəyişmədiyini qeyd edib. "Birini düşmən elan etmək birbaşa aqressiv hərəkətdir", - deyə Peskov vurğulayıb.

Kreml təmsilçisi bu təhdidlərin fonunda Rusiyanın güclü qalmalı olduğunu və ardıcıl siyasət yürüdəcəyini diqqətə çatdırıb. Peskov əlavə edib ki, yaranmış reallıqlar Rusiyanı texnoloji və iqtisadi cəhətdən daha sürətlə inkişaf etməyə və müdafiə qabiliyyətini gücləndirməyə məcbur edir.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap